/ / Səyyar “ASAN qatar” iyunun 25-dək Qazaxda xidmət göstərəcək

Səyyar “ASAN qatar” iyunun 25-dək Qazaxda xidmət göstərəcək

116 Baxış

Səyyar “ASAN qatar” iyunun 25-dək Qazaxda xidmət göstərəcək

Prezident İlham Əliyevin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar “ASAN qatar”ların bölgələrimizdə vətəndaşlara xidmət göstərməsi artıq ənənə halını alıb.

Bu il artıq beşinci dəfədir ki, Səyyar “ASAN qatar” Qazaxda rayon sakinlərinə xidmət göstərir.

AZƏRTAC xəbər verir ki, iyun ayının 10-dan etibarən Qazax şəhəri, Ə.Qədirov küçəsi, 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar “ASAN qatar”da vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.

Səyyar “ASAN qatar” iyunun 25-dək Qazaxda xidmət göstərəcək

Bu günə kimi müraciət etmiş 788 nəfərdən 767 nəfərə xidmət göstərilib.

Səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilir.

İyunun 25-dək Səyyar “ASAN qatar” vasitəsilə sakinlərə 16 gün müddətində səyyar formada göstərilən xidmətlərə Daxili İşlər Nazirliyi üzrə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, Ədliyyə Nazirliyi üzrə notariat fəaliyyəti, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, Əmlak Məsələləri Dövlət Komitəsi üzrə mənzillərin üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqların təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzrə əmək pensiyalarının təyin edilməsi, funksional yardımçı xidmətlər üzrə tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu) daxildir.

Səyyar “ASAN qatar” iyunun 25-dək Qazaxda xidmət göstərəcək

Üç vaqondan ibarət Səyyar “ASAN qatar”da sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək, hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

Qeyd edək ki, Səyyar “ASAN qatar”da Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə və sosial izolyasiya tədbirlərinə əməl olunur. İstər Səyyar “ASAN qatar”ın əməkdaşları, istərsə də vətəndaşlar tibbi maskadan istifadə edirlər və sosial məsafə gözlənilir.

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin “Gənc Könüllülər”inin də iştirak etdiyi Səyyar “ASAN qatar” xidmətinin həyata keçirilməsində əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etməkdir.

FOTO / VİDEO
VİDEO