/ / Samuxda barama tədarükü davam edir

Samuxda barama tədarükü davam edir

1 020 Baxış

Samuxda barama tədarükü davam edir

Samux rayonu üzrə hibrid ipəkqurdu sənaye toxumlarının kümçülərə paylanılmasından sonra 30 ailə cəmi 50 qutu olmaqla, ilk dəfə barama yetişdirib. Bununla da, rayon üzrə 90 nəfər mövsümü işlə təmin olunub.

AZƏRTAC xəbər verir ki, bu vaxtadək 0,783 ton barama tədarük edilib.

Məhsuldarlığın 2 tondan çox olacağı proqnozlaşdırılır.

Kümçülər bildiriblər ki, dövlətin baramaçılığı dəstəkləməsi nəticəsində onlar əsas işlərindən ayrılmadan kifayət qədər əlavə gəlir əldə etmiş olurlar. Belə ki, “Azəripək” MMC yaş baramanı kümçülərdən 4 manata təhvil alır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.

FOTO / VİDEO
VİDEO