/ / Şəmkirdə könüllülər kümçülərə dəstək olublar

Şəmkirdə könüllülər kümçülərə dəstək olublar

1 025 Baxış

Şəmkirdə könüllülər kümçülərə dəstək olublar

Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin Aqrar İnkişaf Könüllüləri və Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri bu dəfə aqrar sahədə könüllü dəstəyi nümayiş etdiriblər.

Şəmkirdə könüllülər kümçülərə dəstək olublar

Könüllülər Şəmkir rayon ərazisində fəaliyyət göstərən kümçülərə barama yığımında dəstək olublar. Göstərilən xidmət gənclərin aqrar sahənin inkişafına ictimai dəstəyi nümayiş etdirmək, bu sahədə praktik bacarıqlarını artırmaq və cəmiyyətin diqqətini aqrar sahəyə yönəltmək məqsədi daşıyır.

Şəmkirdə könüllülər kümçülərə dəstək olublar

Qeyd edək ki, artıq bir necə ildir rayonda barama yetişdirilir və yüksək məhsuldarlıq əldə olunur. Qısa vaxt ərzində çəkdikləri zəhmətin bəhrəsini görən rayon sakinləri bu sahəyə də maraq göstərir, baramaçılığın sirlərini öyrənir, daha çox qazanc əldə etməyə çalışırlar.

FOTO / VİDEO
VİDEO