Goranboyda 4 min hektardan çox sahədə taxıl biçilib
AZRNEWS
13-06-2020 15:57
1 029 Baxış
Goranboy rayonunda cari məhsul ilində 23739 hektar sahədə taxıl, o cümlədən 8771 hektar buğda, 13755 hektar arpa və 1213 hektar xəsil əkilib.
Hazırda rayonda arpa biçini davam edir. Biçinə 100-dən çox kombayn, 200-dək yük maşını və traktor, baş verə biləcək yanğın təhlükəsinin qarşısının dərhal alınması məqsədilə 30-a yaxın şum traktoru cəlb edilib.
İyunun 12-dək olan məlumata əsasən, rayon üzrə 4176 hektar sahədən 13516 ton məhsul götürülüb. Sahələrdə orta məhsuldarlıq 32,4 sentner təşkil edir.