/ / Tovuzda yeni məktəb binasının inşasına başlanılıb

Tovuzda yeni məktəb binasının inşasına başlanılıb

997 Baxış

Tovuzda yeni məktəb binasının inşasına başlanılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə sosial yönümlü siyasətin həyata keçirilməsində, əhalinin rifah halının yüksəlməsində, vətəndaş məmnunluğunun təmin edilməsində misilsiz xidmətlər göstərirlər. Regionların inkişafına daim diqqət göstərən və əhalinin problemlərini həll edən, sosial həssas əhali qrupuna həmişə qayğı göstərən Heydər Əliyev Fondunun fəaliyyəti xalq tərəfindən dəstəklənərək, böyük razılıqla qarşılanır.

“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Tovuz rayonunda növbəti məktəb binasının tikintisinə başlanılıb. Bu barədə Tovuz Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Tovuz şəhər Adil Qasımov adına məktəbinin yerləşdiyi bina 90 il əvvəl Tovuzdakı alman koloniyası tərəfindən inşa edilib. Uzun illər istifadə edildiyindən qəzalı vəziyyətdə olan həmin məktəb binasının əsaslı şəkildə təmir etmək mümkün deyildi. Tələbatı və sakinlərin arzusunu nəzərə alaraq Heydər Əliyev Fondu həmin məktəbin yeni layihəsinin icrasına start verib.

Yeni məktəb binası 624 şagird üçün nəzərdə tutulub. Binanın yeni tədris ilinə təhvil verilməsi nəzərdə tutulub.

Tovuzda yeni məktəb binasının inşasına başlanılıbTovuzda yeni məktəb binasının inşasına başlanılıbTovuzda yeni məktəb binasının inşasına başlanılıbTovuzda yeni məktəb binasının inşasına başlanılıb

FOTO / VİDEO
VİDEO