Ulu Öndərin işıqlı idealları parlaq gələcəyə nur saçır
Gülnar Fazilqızı
05-05-2023 21:12
30 Baxış
Müstəqil Azərbaycan dövlətinin banisi, Azərbaycançılıq məfkurəsinin müəllifi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri çoxəsrlik tariximizin ən parlaq səhifələridir. Dahi şəxsiyyətin çoxşaxəli, misilsiz fəaliyyəti, Vətənə, xalqa fədakar xidməti sayəsində milli qürurumuzu özümüzə qayıdıb, milli birlik və vətandaş həmrəyliyi bərpa edilib.
Ulu Öndər Heydər Əliyev dühasının böyüklüyü bir də ondadır ki, dahi şəxsiyyətin yaratdığı Azərbaycançılıq məfkürəsi dövlətimizin milli ideologiyasına çevrildi, xalqın mənafeyinə xidmət etdi.
Azərbaycan xalqının müstəqil və güclü dövlətə sahib olmaq arzusunu məhz Ulu Öndər Heydər Əliyev rellığa çevirib. Hər addımda xalqının milli ruhunu, kimliyini təcəssüm etdirən Ulu Öndər qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən ən böyük dəstəyi xalqdan alırdı.
Azərbaycançılıq ideologiyasının formalaşması, inkişafı və zənginləşməsi Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi sayəsində ərsəyə gəlib. Milli ideologiya xalqın tarixi-ənənəvi və mənəvi dəyərlərini özündə ümumiləşdirməklə bərabər dövlətçiliyimizin də ideoloji bazasını təşkil edib.
Fitri zəkaya malik bu dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində bütün sahələrində gedən köklü islahatlar Azərbaycanın parlaq gələcəyinə işıq salırdı. “İndi hər bir azərbaycanlı qürur hissi keçirdə bilər ki, mən azərbaycanlıyam, mənim millətim, mənim millətimin dövləti, ölkəm vardır. İsveçrədə, Almaniyada, Fransada yaşasam da, fərqi yoxdur, mənim xalqımın müstəqil dövləti var və dünya xalqları içərisində yerim vardır. Azərbaycan xalqının əsrin sonunda əldə etdiyi ən böyük nailiyyət budur”. Azərbaycançılıq ideologiyasının əsasını qoymuş Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi bu sözlər bu gün də aktuallığını qoruyur. Ən böyük azərbaycanlı Heydər Əliyevin müqəddəs ruhu şaddır. Təməli Heydər Əliyev siyasi fəlsəfəsinə söykənən müasir, müstəqil Azərbaycanın hərtərəfli inkişaf edir, dünya birliyində ləyaqətli yer tutur və demokratik, hüquqi, dünyəvi dövlət, sivil cəmiyyət quruculuğu yolu ilə inamla addımlayır.
Azərbaycan artıq Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin arzuladığı zirvələri fəth edib, taleyüklü məsələləri, planları uğurla həyata keçirir. Azərbaycan qalib ölkə, xalqımız müzəffər xalq kimi yaşayır, azad olunmuş torpaqlarımız cənnətə çevrilir. Qalib ölkəmiz dahi şəxsiyyət Heydər Əliyev yolu ilə qətiyyətlə irəliləyir və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf tariximizin yeni parlaq salnaməsini yazır. Ulu Öndər Heydər Əliyevin işıqlı idealları, amalları bundan sonra da yolumuza nur saçacaq, Azərbaycan xalqını daha uğurlu gələcəyə aparacaq.
Nurəddin İbrahimov,
YAP Gəncə şəhər təşkilatının sədr müavini, Siyasi elimlər üzrə fəlsəfə doktoru