/ / “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” konfransı Azərbaycanın regionda sülh tərəfdarı olmasının növbəti sübutudur

“Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” konfransı Azərbaycanın regionda sülh tərəfdarı olmasının növbəti sübutudur

74 Baxış

“Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” konfransı Azərbaycanın regionda sülh  tərəfdarı olmasının növbəti sübutudur

2023-cü il mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionda təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dünyada cərəyan edən qlobal proseslər, eləcə də enerji siyasətindən ətraflı bəhs edib: “Biz bu məkanda əsasən Azərbaycanın gələcək inkişafı ilə bağlı olan fikir və ideyaların mübadiləsini aparmaqla praktiki addımları müzakirə etmək istəyirik və regional inkişaf proseslərinə də nəzər salmalıyıq”.
Dövlətimizin başçısı konfransda iştirak edən nüfuzlu beynəlxalq ekspertlərin müxtəlif mövzularla bağlı suallarını da əhatəli şəkildə cavablandırıb.

Konfransın Şuşada keçirilməsinin tarixi əhəmiyyəti olduqca böyükdür. Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Xatırlatmaq istəyirəm ki, Prezident İlham Əliyevin Şuşanın alındığı gündə Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını və abidəsini dərin ehtiramla ziyarət etməsi qırx dörd günlük müharibə dövrünün ən təsirli və unudulmaz tarixi hadisələrindən biri idi. Bu ibrətamiz hadisə ilə Prezident İlham Əliyev 30 il davam etmiş Qarabağ münaqişəsinin həllində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və vəsiyyət etdiyi tarixi bir missiyanın uğurla başa çatdırılmasının şərəfli bir hesabatını vermişdir.

Bu missiyanın tamamlanması Ulu Öndərin vəsiyyətinin yerinə yetirilməsi demək idi. Çünki Ümummilli Liderin “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur!” kəlamları hər bir azərbaycanlının yaddaşında əbədi iz buraxmışdır.
Ona görə, bu önəmli konfransın Şuşada keçirilməsi Azərbaycanın yenidən şəkillənən dünya nizamındakı rolu və əhəmiyyəti kimi qiymətləndirilə bilər. Konfransın mövzusu da elə dünyanın təhlükəsizlik intizamının pozulması fonunda gözə çarpır. Deməli, Cənubi Qafqaz regionunda yaranan geosiyasi reallıqların beynəlxalq münasibətlər sisteminə təsiri və qarşılıqlı reaksiyaların ölçülməsi, bunun perspektivdəki yeri strateji maraqların hədəfindədir.

Konfransda diqqət edə biləcəyimiz məqam İlham Əliyevin 10 Noyabr Bəyanatı ilə bağlı səsləndirdiyi “Üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil. O, həmçinin sülh sazişi də deyil” ifadəsidir. Bunun mümkün açması odur ki, həmin Bəyanatın müddəalarının təhrif edilməsi və baza kimi əbədi qalmasına cəhdlərin göstərilməsi qəbuledilməzdir. Düzdür, Bəyanat sonrakı nizamlama prosesləri üçün baza rolunu oynayır, ancaq bu, əbədi ola bilməz. Bəyanatın maddələri üzrə manipulyasiyalara yol verilməməsi Azərbaycanın gündəliyindədir.

Prezidentimiz cənab İlham Əliyev konfransda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən bəhs edərkən əgər Ermənistan sülh istəmirsə sülh olmayacağını qəti şəkildə vurğulayıb.

Bu o deməkdir ki, son dəfə Azərbaycan düşmənə barışıq əli uzadır, yenidən ocaqların sönməsinə, anaların ağlar, uşaqların yetim qalmasına, insan itkisinə imkan vermir, barışığı, sülhü, təhlükəsizliyi üstün tutur. Zənnimizcə, başqa yol düşmənin xeyrinə olmayacaq, bunu anlamağın vaxtı çatıb.

Prof.A.M.Bayramov
ADAU-nun İctimai fənlər kafedrasının müdiri
3 saylı (ADAU) ƏPT-nın sədri

FOTO / VİDEO
VİDEO