/ / Möhkəm təməl üzərində qurulan münasibətlər

Möhkəm təməl üzərində qurulan münasibətlər

65 Baxış

Möhkəm təməl üzərində qurulan münasibətlər

Son illərdə Azərbaycanın türkdilli ölkələrlə, o cümlədən Tacikistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Azərbaycan və tacik xalqı arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. 90-cı illərinin əvvəlində Ulu Öndər Heydər Əliyev və Tacikistanın hazırkı Prezidenti Emoməli Rəhmon iki ölkə arasında möhkəm təməl üzərində qurulan münasibətlərə, əlaqələrin inkişafına və ölkələr arasında dostluq münasibətlərinin qurulmasına böyük töhfə veriblər. Bu günkü ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı da məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin, hər iki ölkə rəhbərinin gərgin, səmərəli əməyinin nəticəsidir. Son iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə edilən qarşılıqlı səfərlər, türk dünyası üzvləri ilə əlaqələrin dərinləşməsi sayəsində ölkələr arasında ticarət, investisiya, nəqliyyat, tranzit, İKT, turizm, təhsil və digər sahələrdə uğurla əməkdaşlıq yüksələn xətlə inkişaf edir.

Azərbaycanın və Tacikistanın prezidentlərinin qarşılıqlı işgüzar səfərləri hər iki ölkənin gələcək inkişaf perspektivlərinin, müxtəlif sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığın daha da yüksəlməsinə səbəb olub. Aprelin 5-də ölkə Prezidenti cənab İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi dəvəti ilə Tacikistana rəsmi səfəri iki ölkə arasından dost və qardaşlığın yüksək səviyyədə olduğunun nüminəsidir.

Dövlət başçımız cənab İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında xüsusi ilə vurğulayıb ki, bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı. Buna görə düşünürəm ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar.

Müasir dövrdə Azərbaycanda olduğu kimi Tacikistanda da siyasi sabitlik hökm sürür və bu dövlətlər arasında illik ticarət dövriyyəsi cəmi 6,5 milyon manat təşkil edir. Hər iki dövlət arasında imzalanmış sənədlər ticarət dövriyyəsinin həcminin dəfələrlə artmasına imkan verir.

Şərq-Qərb, Şimal-Cənub marşrut qovşağında yerləşən Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çindən Avropaya gedən İpək yolu üzərində yerləşən Tacikstana səfəri, Prezident Emoməli Rəhmon ilə görüş, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər, hər iki ölkə liderlərinin mətbuata bəyanatlarla çıxışları hər iki dövlətin gələcək inkişafına böyük perspektiv vəd edir. Səfər bir daha göstərdi ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Tacikistanla əməkdaşlıq əlaqələri üçün daha böyük addımlar atılacaq.

Nurəddin İbrahimov,
YAP Gəncə şəhər təşkilatının sədr müavini

FOTO / VİDEO
VİDEO