Prezident İlham Əliyevin çıxışı deputatlar üçün yol xəritəsidir
Gülnar Fazilqızı
07-03-2023 14:47
48 Baxış
Elmi tədqiqatlar təsdiq edir ki, ictimai həyatın bütün sahələrində qazanılan uğurların əsasında məhz dövlətin həyata keçirdiyi milli inkişaf strategiyası dayanır. Bu gün Azərbaycanda zəngin idarəçilik təcrübəsinə əsaslanan sistem yaradılıb. Ulu öndər Heydər Əliyevin dövlət idarəetməsindəki zəngin təcrübəsi və siyasi uzaqgörənliyi müstəqillik dövründə ölkəmizin mövqelərini möhkəmləndirib.
Ulu Öndərin söylədiyi “İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır” fikri Azərbaycanın əldə etdiyi uğurlarda öz təsdiqini tapıb. Hər hansı bir ölkənin əldə etdiyi nailiyyətlər onun iqtisadi vəziyyəti ilə yanaşı, insan potensialının formalaşmasına yönəlmiş siyasəti ilə də bağlıdır.
Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib: “Azərbaycanın enerji resursları hələ uzun illər bizə imkan verəcək ki, iqtisadiyyatımızı gücləndirək. Ancaq bizim əsas vəzifəmiz bu kapitalı insan potensialına çevirməkdir. Bu məqsədlə Azərbaycanda sosial və humanitar sahələrdə çox böyük tədbirlər görülür. Bunun öz növbəsində Azərbaycanın gələcək inkişaf istiqamətlərinin reallaşdırılmasına zəmin olacaq, əsas məqsəd müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlarından birinə çevrilən dövlət qulluğu institutu və peşəkar dövlət qulluqçuları ordusunu təkmilləşdirməklə gələcəyə aparmaqdır”.
Prezident İlham Əliyev əhalinin 30 faizə yaxınını təşkil edən gənclərin problemləri ilə daim maraqlanır, onlarla vaxtaşırı görüşür, gənclərin hərtərəfli inkişafına, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında bu təbəqənin rolunun artırılmasına xüsusi diqqət yetirir, onların dövlət işlərində irəli çəkilməsinə xüsusi önəm verir, idarəetməyə daha geniş cəlb olunmasına çalışır.
Azərbaycan Prezidenti vurğulayır ki, “islahatlara alternativ yoxdur... kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”. Deməliyəm ki, kadr islahatları ölkənin qarşısındakı iqtisadi, sosial, hərbi, mədəni və humanitar məsələlərin daha səmərəli həll olunması çağırışlarının məntiqi və obyektiv nəticəsidir. Son kadr islahatları cəmiyyətdə daha yüksək inam doğurmaqla ölkənin inkişafında yeni mərhələnin başlandığını xarakterizə etməyə imkan verdi. Kadr islahatları dövlətçilik qarşısında xidmətləri olmuş şəxslərin zəhmətinin cəmiyyətin gözləri qarşısında qiymətləndirilməsi və gənclərə əlverişli karyera yüksəliş imkanları açmaq baxımından da əhəmiyyətlidir. Dövlətimizin başçısı xidməti olanları bir daha dəyərləndirməkdə və gənclərə meydan açmaqda nə qədər ardıcıl və prinsipial siyasət yürütdüyünü nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 mart 2020-ci tarixdə altıncı çağırış Milli Məclisdəki nitqi bu baxımdan tarixi çıxış idi. Bu çıxış Azərbaycan parlamentinin tarixinə yeni bir səhifə yazmış oldu və qarşıya ölkəmizin gələcəyini müəyyən edən hədəflər qoydu. Milli Məclisin yeni tərkibinin müəyyən olunması ölkəmizdə aparılan köklü islahatların davamıdır. Prezidentin tövsiyələri bizi bir daha əmin etdi ki, bütün sahələrdə olduğu kimi, qanunverici orqanda da yenilənmənin vaxtıdır.
Dövlət başçısı nitqində bu gün üçün aktual olan bir çox məsələlərə toxunmuşdu. Amma bütün bu məsələlərin məğzində təbii ki, Azərbaycan qanunvericiliyində kəmiyyətdən daha çox keyfiyyətə diqqət yetirilməsi dayanır. Kəmiyyətdən daha çox keyfiyyətə diqqətin yetirilməsi müəyyən məsələlərin həlli ilə bağlı qanunların icrasında boşluqları aradan qaldırmaq istiqamətində vacib addım idi. İndi həmin boşluqların aradan qaldırılması ilə bağlı iş aparmaq zəruridir.
Prezident İlham Əliyevin qaldırdığı məsələlərin hər bir Azərbaycan vətəndaşının həyatında önəmli rol oynayır.Dövlətimizin başçısının toxunduğu məsələlər hər bir vətəndaşın həyatına müsbət təsir edəcək. Prezidentimizin nitqi iqtisadiyyatın inkişafına təkan verməklə bərabər, həm də ölkədə mövcud olan sosial problemlərin həllində nəticəyə hesablanmış mexanizmlərin yaradılmasını ehtiva edir və bu gün də özaktualığnısaxayır.
Hər bir vətəndaşımızın arzusu Azərbaycanı təhlükəsiz, gələcəyə inamla baxan bir ölkə kimi görməkdir. Dünyada baş verən təlatümlərə, böhranlara baxmayaraq, ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan öz müstəqil siyasətini yürüdür və gələcəkdə də yürüdəcək.
Prezident ik il bunda öncəki nitqində tapşırıq verdi ki, Milli Məclisin hər bir üzvü ona mandat verən seçicisinin yanında olmalı, onların problemlərini dinləməlidir. Deputatlar həmin problemləri icra strukturlara çatdırmalı və həll olunmadığı təqdirdə müvafiq təşkilatlar qarşısında məsələ qaldırmalıdırlar. Əgər seçicinin problemi həllini tapmırsa, yubadılırsa, müraciət ediləcək son instansiya Prezident Administrasiyasında yaradılan xüsusi şöbə olacaq. Məhz həmin şöbənin köməyi ilə məsələnin daha çevik və vaxtında öz həllini tapması mümkün olacaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan vətəndaşının məmnunluğu hər şeydən yüksəkdə durur.
Prezident İlham Əliyev dövlət idarəçiliyi sistemini daim təkmilləşdirir. Bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılmaqdadır və bu zaman, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafeləri nəzərə alınır. Beləliklə, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin gənclər siyasəti onun layiqli varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni keyfiyyət səviyyəsində ardıcıl olaraq böyük nailiyyətlərlə davam etdirilir. Əminliklə demək olar ki, Azərbaycan gəncliyinin Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi ölkəmizin daha böyük qələbə və uğurlara imza atacağını, gələcək inkişafa öz töhfəsini verəcəyini bir daha sübut edir.
Prof.A.M.Bayramov
ADAU-nun İctimai fənlər kafedrasının müdiri