Ölkəmizin Qoşulmama hərəkatına sədrliyinin müddətinin uzadılması Cənab Prezident İlham Əliyevin fəal, təşəbbüskar və çevik xarici siyasətinin bariz nümunəsidir
Gülnar Fazilqızı
04-03-2023 10:03
97 Baxış
Son bir neçə on ildə bəşəriyyət çox dinamik və mürəkkəb vəziyyətlə üz-üzə qalır. Çünki bəzi ölkələrin yürütdüyü siyasət getdikcə daha da ikilistandartlara xidmət edir.Halbuki müasir şəraitdə ümumi yanaşmalar, qarşılıqlı dialoq və həmrəylik ruhu xalqlar və ölkələr arasında hökm sürməlidir. Məhz bu cəhətdən Qoşulmama Hərəkatı çox mühüm əhəmiyyəti olan siyasi platforma və beynəlxalq səviyyəli təşkilartdır. Bu təşkilatın əsas missiyası və niyyəti üzv ölkələrin sabit, dinamik və özündə bütün demokrtaik prinsipləri özündə birləşdirib dünyada sivil cəmiyyət formalaşdırmaqdır. Ümumiyyətlə, sülh, multikulturalizm və qlobal həmrəyliyi təməlində cəmləyən Qoşulmama Hərəkatı əslində "Bandunq prinsipləri"nin bir növ davamı desək, heç də yanılmarıq. İkinci Dünya müharibəsindən sonra müstəmləkələrin azad edilməsi prosesi, daha sonra sosial-iqtisadi və ideoloji cəhətdən bir-birinə zidd sistemlərin formalaşması dövlətlərarası münasibətlərdə yeni bir baxış pəncərəsi formalaşdırdı. Belə ki, müstəmləkələrin azad edilməsi nəticəsində "Üçüncü dünya ölkələri" termini ortalığa çıxır. "Üçüncü dünya ölkələri" ifadəsi əslində həmin dövrdə Soyuq müharibədə iştirak etməyən, bloklara daxil olmayan və az inkişaf etmiş ölkələri bildirmək üçün istifadə edilirdi. İlk dəfə bu ölkələr 1955-ci ildə Bandunq konfransında dünyanın iki qütbə bölünməsinə qarşı olduqlarını açıq şəkildə göstərdilər. 1961-ci ildə isə üç ölkə Yuqoslaviya, Misir və Hindistanın təşəbbüsü ilə Bloklara Qoşulmayanlar hərəkatı yaradıldı. Bu hərəkat müstəmləkə dövründə çəkilmiş süni sərhədlərə və böyük dövlətlərin təsiri ilə yaradılmış etnik münaqişələrə birbaşa qarşı çıxan, tam hüquqlu və beynəlxalq əhəmiyyətli bir qurumdur.
Bütün bu humanist və sülhyönumlü prinsipləri özündə ehtiva edən bu mötəbər quruma ölkəmiz 2011-ci ildən tamhüquqlu üzv qəbul edilmişdir. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanmışdır. Bunun nəticəsidir ki, 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilmişdir. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatinin XVIII Zirvə görüşü uğurla təşkil edilmişdir. Bu təşkilata qoşulduğu ilk gündən Azərbaycan öz tarixi və humanist dəyərlərinə əsaslanaraq beynəlxalq müstəvidə Hərəkat ölkələrinin legitim maraqlarının müdafiəsinə, ədalət və hüququn qorunması naminə əməli addımlar atmışdır. Mandatı olduğu sözügedən təşkilatın Zirvə görüşü zamanı ölkəmiz Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökümət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif edib. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutmuşdu. Ölkəmizin pandemiya ilə mübarizədə 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı isə xüsusi diqqət çəkən və vurğulanması gərəkən məqamlardandır. Eyni zamanda tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak ediblər. Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü yekdilliklə dəstəkləmişlər.
2020-ci ilin 10 noyabrında əldə etdiyimiz tarixi qələbə Azərbaycanımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsinə çevrildi. Bu tarixi qələbə həm böyük siyasi, həm strateji və eyni zamanda çox böyük mənəvi məna daşıyır. Son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan, transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə dövlətimizin yox, eyni zamanda bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən də region ölkələrinin. Azərbaycan illərlə, demək olar ki, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlərin qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Beləliklə, dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi olaraq tanıdı. Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Qırx dörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını təmin etmiş oldu. Bu mənada Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyi çox qiymətlidir. Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq. Hətta 2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib. Bütün qəbul edilən sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə etmişdir. Müharibə dövründə BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə almadan, qərəzli cəhdlərinə baxmayaraq, müzakirələr zamanı Azərbaycanın mövqeyini tamlıqla dəstəkləyən Qoşulmama Hərəkatının yeddi üzvü təkid etdi ki, müzakirə edilən mətnə Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad əlavə edilsin. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli və dostluq mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə necə sadiq olduqlarını nümayiş etdirdi. Azərbaycan onların bu mövqeyini münasibətlərimizdə tarixi dostluq jesti və ölkəmizə böyük dəyər kimi qəbul edir. Birmənalı olaraq deyə bilərik ki, müasir dünyamız getdikcə qloballaşır, artan ekoloji problemlər, siyasi iqtisadi regional münasibətlər, yeni reallaşan enerji layihələri nəqliyyat infrastrukturu artıq dünya ölkələrini məcbur edir ki, beynəlxalq normalara əsaslanan sülh və əməkdaşlığı təmin etsin və təhlükəsiz dünya modelini formalaşdırsınlar. Necə ki, biz ölkə olaraq tam şəkildə bu qaydalara riayət edir və dəstəkləyirik. Yaxşı olar ki, höküməti küçə davaları ilə dünya manşetlərini bəzəyən qonşu Ermənistan da bu qaydalara riayət etsin yoxsa, cənab prezidentimiz İlham Əliyevin dili ilə desək: "Dəmir yumruq yerindədir, lazım gələrsə bir də endirərik"mesajları ilə birdə rastlaşmasınlar. Hansı mesaj ki, xalqı və onun liderini vahid amal uğrunda birləşdirərək, işğalçıların 30 illik talanına son qoymuş və tarixi ədaləti bərpa etmişdi.
Martın 2-si Bakıda Qoşulmama Hərəkatının Covid-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Zirvə görüşündə iştirak edən İlham Əliyev sammitin səviyyəli təşkili barəsində, son dönəm baş verən hadisələrə münasibət bildirmiş Türkiyədə və Suriyada baş verən hadisələrə ölkəmizin və xalqımızın dərin üzüntüsünü görüşdən birbaşa ifadə etmişdir. Eyni zamanda Qoşulmama Hərəkatının üzv ölkələrinin yekdil qərarı ilə ölkəmizin sədrliyinin bir il daha uzadılması münasibətilə ölkəmiz və xalqımız adından dərin təşəkkürünü bildirmişdir. ZIrvə toplantısında cənab prezident İlham Əliyev pandemiya dönəmində təşkilatın qlobal səyləri və bu mübarizədə ehtiyacları müəyyən etmək üçün məlumat bazasının əhəmiyyəti barədə məlumat verərək bu məsələdə beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyini qeyd etmişdir. Eyni zamanda bütün dünyaya sülh tərəfdaşı kimi özünü təqdim edən və ölkəmizin əsl maraqlarını və məramını kölgədə qoyub da baş qa don geyindirən dövlətləri kəskin qınayaraq öz tarixini yaxşıca vərəqləməyi xatırlatmışdır. Cənab Prezidentin əsl siyasətçi yanaşmaları və çıxışı təşkilat üzvlərinin marağına səbəb olmuş və dəstəklənmişdir. Eyni zamanda Qarabağda son dönəm görülmüş işlər xüsusən minatəmizləmə işləri barədə məlumat verilmiş, məhz ölkəmizin genişmiqyaslı uğurlu fəaliyyəti sayəsində ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi hərəkatın sənədlərində dəstəklənib. Bütün bunlar nəticəsidir ki, ölkəmizin təşkilata sədrliyi daha bir il , yəni 2023-cü ilin sonuna kimi uzadılıb. Beləliklə deyə bilərik ki, Azərbaycan qlobal və dünyamiqyaslı mühüm bir toplantıya ev sahibliyi etməsi ölkəmizə olan etimadın və inamın bariz nümunəsidir!
Prof Azad Mustafa oğlu Bayramov
ADAU-nun İctimai Fənlər kafedrasının müdiri