Goranboy Rayon İcra Hakimiyyətinə yeni təyinat olub
Gülnar Fazilqızı
17-02-2023 10:13
47 Baxış
Goranboy rayon İcra Hakimiyyəti Başçısının 16.02.2023-cü il tarixli Sərəncamı ilə Həsənov Şamxal Məhərrəm oğlu Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Şamxal Həsənov 10 aprel 1984-cü ildə Goranboy rayonu Fəxralı kəndində doğulub, Azərbaycan Dövlət Aqrar Universitetini İqtisadiyyat ixtisası üzrə bitirib, yeni təyinatından öncə, Goranboy Rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində çalışıb.