/ / Ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır

Ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır

34 Baxış

Ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır

Ölkə Prezidentimiz cənab İlham Əliyevin beynəlxalq arenada, o cümlədən İslam dünyasında yüksək nüfuzunu, çəkisini Ərəb Dövlətləri Liqasının üzvü olan 22 dövlətin rəhbərlərindən başqa yalnız Azərbaycan və Seneqal prezidentlərinin, eləcə də Birləşmiş Millətlər Təşkilatının (BMT) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katiblərinin fəxri qonaq qismində zirvə görüşünə dəvət olunması bir daha sübut etdi.

Eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyev Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında fəxri kürsüdən səsləndirdiyi fikirlər, regionda baş verən proseslər, ölkəmizin sülh təşəbbüsləri, Ermənistanın 30 illik işğalçılıq siyasəti, hərbi təxribatları barədə söylədiyi faktlar ölkəmizin əsas məqsədinin sülh və humanizm olduğunu nümayiş etdirdi.

Ali kürsüdən çıxış edən ölkəmizin Prezidenti cənab İlham Əliyev Fransanın müstəmləkə keçmişi, Afrikada, xüsusən Əlcəzairdə törətdiyi qətliamlarla bağlı tarixə ekskursiya etməsi, Fransa işğalının Əlcəzairə, erməni işğalının Azərbaycana vurduğu zərərlərlə bağlı məlumatları düna ictimaiyyətinin, siyasətçilərinin diqqətini çəkdi. Belə ki, cənab İlham Əliyev çıxışı zamanı “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib” deyib.

Dövlətimizin başçısı Əlcəzairə səfəri çərçivəsində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdiyini vurğulayaraq, qeyd edib ki, bu gün bu dəhşətli hadisəni xatırlayarkən gələcəkdə belə fəlakətlərin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.

Dünya ictimayyətini bir daha fikirləşməyə vadar edən bu sözləri əslində Fransanın anti-Azərbaycan və ermənipərəst siyasətinə, rəsmi şəxslərinin əsassız və qərəzli bəyanatlarına, Fransa parlamentinin Azərbaycana qarşı qəbul etmək istədiyi “sənədə” tutarlı cavab idi.
Xatırladaq ki, Əlcəzair 1830-1962-ci illərdə fransız müstəmləkəsinin qurbanı olub. İşğal dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən öldürüldüyündən Əlcəzair “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Onu da qeyd edək ki, Afrika qitəsinin ən zəngin dövlətlərindən biri olan Əlcəzair illik 113,6 milyard dollarlıq ümummilli məhsulu ilə qitənin ən böyük beşinci iqtisadiyyatına malik ölkəsidir.

Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində ərəb ölkələrinin həmrəyliyi, yeni qlobal çağırışlar fonunda birgə fəaliyyət planının müzakirə olunduğu bir zamanda Azərbaycanla oxşar taleyi yaşayan Əlcəzairin işğalına, 1,5 milyondan artıq əlcəzairlinin amansızcasına qətlə yetirilməsinə diqqət çəkilməsi dünyaya demokratiya dərsi verməyə çalışan Fransanın vaxtilə yürütdüyü işğalşılıq siyasətinə dünyanın diqqətini yenidən yönəltdi.

Bir vaxtlar Əlcəzairi işğal edən, əhalisini soyqırımına məruz qoyan Fransa indi işğalçı Ermənistana, onun insanlıq əleyhinə cinayətlərinə dəstək verir. O Ermənistana ki, Azərbaycanın 20 faizini qanunsuz olaraq 30 il işğal altında saxlayıb. BMT-nin Təhlükəsizlik Şurasının qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə məhəl qoymayan Ermənistan bir milyondan çox azərbaycanlını qaçqın və məcburi köçkünə çevrib. İki il əvvəl Azərbaycan, BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, bu münaqişəyə birdəfəlik son qoydu. İşğalşı, faşist təfəkkürlü siyasət yeridən işğalcı Ermənistanı məğlub edildi. Artıq 30 il düşmən ayaqları altında tapdanan torpaqlarımız azaddır və biz torpaqlarımıza qayıtmışıq. İndi İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında intensiv görüşlər davam edir. Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qalib tərəf kimi prosesi öz diktəsi ilə idarə edir.

Ramil Orucov,
YAP Gəncə şəhər təşkilatının sədri

FOTO / VİDEO
VİDEO