/ / Azərbaycanla Gürcüstanın əlaqələri dərinləşir

Azərbaycanla Gürcüstanın əlaqələri dərinləşir

32 Baxış

Azərbaycanla Gürcüstanın əlaqələri dərinləşir

Gürcüstan Respublikasına səfər çərçivəsində, oktyabrın 24-də, Prezident cənab İlham Əliyev, Mçxeta rayonundakı Muxrani sarayında, qonşu ölkənin Baş Naziri İrakli Qaribaşvili ilə birgə bəyanatla çıxış ediblər. Burada Azərbaycanın tarixinə böyük diqqət və hörmət əlaməti olaraq, “Qarabağ xanlığının irsi” haqqında sərgi də keçirilib. Dosd və qonşu dövlətlər olaraq, Azərbaycan və Gürcüstanın əlaqələri, yüksək səviyyədə inkişaf edir. Azərbaycan Prezidentinin Gürcüstana rəsmi səfər dəvət alması, iki ölkə arasında dərinləşən əməkdaşlıq əlaqələri fonunda olduqca önəmli bir amil idi.

Ölkə Başçısının bəyanatında öz əksini tapan iqdisadiyyat, enerji və nəqliyyat məsələləri bölgənin və dünyanın gündəmini təşkil edən əsas mövzulardır. Xatırladaq ki, müasir dövrümüzdə fəaliyyət göstərən böyük tranzit xətlərinin üzərində yerləşən iki ölkə, tarixən də, İpək Yolu üzərində yerləşərək dünya ticarətində və nəqliyyatında olduqa əhəmiyyətli rol oynayıb. Məhz buna görə deyə bilərik ki, ticarət əlaqələrimizin kökləri qədimlərə dayanır. Həmçinin ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də, bir-birini dəsdəkləyir və ölkə Başcımızın qeyd etdiyi kimi, əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır.

Xüsusi ilə, bölgədə gedən prosesləri müzakirə edən iki dövlət rəhbəri təhlükəsizlik məsələləri üzərinə də fikir mübadiləsi aparıblar. Azərbaycanın Ermənistanla 5 prinsip əsasında sülhə razı olduğuna diqqət çəkən Prezident İlham Əliyev qeyd edib ki, sülh müqaviləsinin imzalanmasının vaxdı gəlib çatıb. Prezidentimizin bu sözünü Ermənistan tərəfi xoş ismarıc olaraq qəbul etməlidir, bölgədəki sülhün tamamilə bərqərar olunması naminə, bu çox yaxşı olardı.

Qeyd edək ki, Azərbaycanla Gürcüstanın ikitərəfli gündəliyində prioritet hesab edilən məsələlər əsasən ticarət dövriyyəsinin artmasıdır. Bir ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Bu çox vacib göstəricidir. Bundan əlavə, Azərbaycanın Gürcüstana edilən böyük sərmayə yatırımları iki ölkə arasında əməkdaşlıqın dərinləşməsinə xidmət edən amillərdən hesab edilir. Prezident cənab İlham Əliyev qeyd edib ki, ümumiyyətlə Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub.

Srtateji tərəftaş prinsipləridə bu əlaqələrin inkişafına böyük töhfə verir. Eynizamanda enerji siyasəti haqqında danışan Azərbaycan Prezidenti bildirib ki, biz dünya bazarına qaz ixracatının artırılmasını da düşünürük. Bu il 22 kubmetr qaz ixracımız olacaq, gələn il daha da artacaq. Eyni zamanda Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə də ixrac artacaq. Dövlət Başçısı əlavə edib ki, eyni zamanda, hazırda isdismarda olmayan Bakı-Supsa neft kəmərindən də isdifadə etmək istəyirik. Həmçinin, Azərbaycanın yeni enerji imkanları və Gürcüstanla yükdaşımaların həcminin artırılması, bölgənin iqdisadi potensialını artırmaq üçün gözəl imkanlar yaradır. Bütün bu sadalanan məsələlər iki qonşu dövlət arasında srtateji tərəfdaşlığın bariz bir nümunəsidir.

Yüksəl Məmmədov,
YAP Gəncə şəhər təşkilatının əməkdaşı

FOTO / VİDEO
VİDEO