/ / İşğaldan azad edilən ərazilərimizdə bərpa və quruculuq işləri davam edir

İşğaldan azad edilən ərazilərimizdə bərpa və quruculuq işləri davam edir

46 Baxış

İşğaldan azad edilən ərazilərimizdə bərpa və quruculuq işləri davam edir

Şərqi-Zəngəzur iqdisadi rayonununda yerəşən Qubadlı rayonu, srtateji cəhətdən olduqca mühimdir. Belə ki, Laçın, Zəngilan və Cəbrayıl rayonlarına aparan bir-sıra yollar və dəhlizlər məhs buradan keçir. Ermənistan-Azərbaycan dövlət sərhəddinin buradan keçməsi, Qubadlının sərhədd rayonu olaraq hərzaman diqqət mərkəzində olmasını vacib edir. Həmçinin, əlavə edək ki, bölgədə birləşdirici qovşaq rolunu oynayan bu rayon, əlverişli iqlimi və münbit torpaqları ilə də məşhurdur.

44 günlük Vətən müharibəsi zamanı, 25-oktyabr tarixində rəşadətli Azərbaycan ordusu Qubadlı rayonunu düşməndən azad etdi. Qorxaq düşmən, öz silah və hərbi texnikasını döyüş meydanında qoyaraq qaçdı və Azərbaycan ordusu böyük sayda hərbi qənimət əldə edərək irəlilədi. Qubadlı rayonunun azad edilməsi, ordumuzun Laçın dəhlizinə nəzarət etməsi üçün geniş şərait yaratdı. Belə ki, Ermənistanla sərhəddə yerləşən Qubadlı rayonunun ərazilərindən, düşmənin bütün hərəkətlərini müşahidə etmək və Laçın vasitəsi ilə Şuşa istiqamətində irəliləyən qoşunlarımıza qarşı canlı qüvvə və texnika göndərmələrinin qarşısı alındı. Azərbaycan bayrağı 30 ildən sonra bir daha Qubadlıda qaldırıldı. Bu xəbər xalq arasında böyük sevinc hissi ilə qarşılandı.

Prezident cənab İlham Əliyevin və Birinci vitse prezident Mehriban xanım Əliyevanın işğaldan azad edildikdən sonra Qubadlı rayonuna etdikləri səfərlər bu torpağa yeni nəfəs gətirdi. 2020-ci ildə, dekabrın 12-də baş tutan səfərdə, Ali Baş Komandan Azərbaycan bayrağını Qubadlı səmasında ucaldaraq xalqınızın qürurunu bir daha nümayiş etdirdi.

Ölkə Başcısı və Birinci vitse prezident Mehriban xanım Əliyeva, Xanlıq-Qubadlı yolunun və “Qubadlı” Yarımstansiyasının, Dövlət Sərhədd Xidmətinin yeni hərbi hissəsinin açılışını da erdilər.

Qeyd edək ki, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli-Cəbrayıl hissəsinin açılması böyük infrastruktur layihələrinin bir parçası olaraq uğurla bitib. Ölkə Başcısının, Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik”və dosdluq meşəsi adlandırılan layihəni irəli sürməsi, bölgənin ümumi-ekoloji vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət edəcək. Bu, həm Cəbrayıl rayonu, həm ətraf ərazilərin ekoloji cəhətdən bərpası deməkdir. Həmçinin, ölkə Başcısı Qubadlı rayonunda yerləşən “Zabuxçay” və ”Bərgüşad çay” su anbarlarının layihələri ilə tanış olub. Bu layihə də öz növbəsində, bölgənin su təchizatında, habelə, kənd təsərrüfatı sahəsinin inkşafı üçün yaxşı şərait yaradacaq.

Qubadlı şəhərinin Baş Planının təsdiq edilməsi bütün Qubadlı sakinlərini sevindirən bir xəbər idi. Qeyd edək ki, işğaldan azad edilən şəhərlərimizin baş planının hazırlanması üçün mütəxəssis qruplar cəlb edilib. Azərbaycan dövləti və xalqı bütün gücü ilə işğaldan azad edilən əraziləri bərpa edir, bu torpaqlara həyatı yenidən qaytarır!

Ölkə rəhbərliyi tərəfindən, Vətən torpaqlarımızın abadlığı və dirçəlişi naminə görülən işlər əvəzsizdir!

Orxan Əhmədov,
YAP Gəncə şəhər təşkilatının əməkdaşı

FOTO / VİDEO
VİDEO