/ / İşğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarır

İşğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarır

76 Baxış

İşğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarır

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər. Dövlət başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr-Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyaraq şəhidlərin ruhunu anmışlar. Cənab Prezident burada çıxış edərək Vətən müharibəsi zamanı baş vermiş hadisələr, Qarabağın əsl gerçəkliklərini, xalqımızın qəhrəman oğullarının apardığı mübarizələri, xalqımızın böyük əzmini və vüqarını, ümumilikdə görünən və hamıya məlum olan bütün reallıqları tam aydınlığı ilə diqqətə çatdırdı.

Hamımıza məlumdur ki, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri və bilavasitə rəhbərliyi ilə erməni qəsbkarlarının hücumlarına cavab olaraq şanlı Azərbaycan ordusu işğal olunmuş ərazilərimizdə əks-hücum əməliyyatları həyata keçirmişdi. Uğurlu döyüş əməliyyatları nəticəsində düşmən tərəfindən qurulmuş istehkam xətti yarılmış, ermənilərin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası darmadağın edilmiş, düşmən tapdağı altında qalmış tarixi Azərbaycan torpaqları işğaldan azad edilmişdir. Şanlı Azərbaycan ordusunun böyük şücaət və xüsusi peşəkarlıqla həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində hazırda üçrəngli Azərbaycan bayrağı azad olunmuş həmin doğma ərazilərimizdə - Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Hadrutda, Suqovuşanda, Laçında və doğma Şuşamızda, xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində qürurla dalğalanmaqdadır. Bəli, bu qələbələrin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu dövlət siyasətinin, müasir tələblərə uyğun ordu quruculuğunun və çox düzgün diplomatik səylərinin nəticəsində mümkün olmasına hər kəs əmindir. Ali Baş Komandan cənab İlham Əliyev döyüş əməliyyatlarına uğurla rəhbərlik etməklə yanaşı, ölkə Prezidenti kimi də olduqca mürəkkəb geosiyasi proseslərlə xarakterizə olunan müasir şəraitdə dərin intellekti, peşəkarlığı, əzmi və iradəsi ilə diplomatik cəbhədə də yorulmadan çalışır və Azərbaycanın haqq səsini bütün dünyaya bəyan etməkdədir. Biz bu tarixi günlərdə Prezidentimizin tarixi müsahibələri ilə nəfəs alırdıq. Onlarla qürurlanırdıq. Fəxarət hissi keçirirdik. Bu tarixi günlər bizə bir vaxt əlçatmaz möcüzə kimi gələrdi. Heyif ki, on minlərlə insanımız bu xoş tarixi qələbə günlərini görmədən, gözlərdən sevinc yaşları gətirən bu qələbə xəbərlərini eşitmədən mənfur düşmənin gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmış, bəziləri də dünyadan yurd həsrəti ilə getmişdir.

Prezident İlham Əliyevin Füzulidəki çıxışı təsadüflə seçilmiş ərazi deyil. Füzuli şəhəri azadedilən ərazilərimiz üçün açar şəhərlərdəndir. Prezident çıxışı zamanı milyonların ürəyində əks-səda oyadan elə sözlər deyir ki, o kəlmələrin hər biri 30 ilə yaxın bir müddətdə ürəklərdə qalan tikanı çıxarır, yaralarımıza məlhəm olur, qürurlanırıq, fəxarət hissi keçiririk. Hər birimiz elə zənn edirik ki, danışan elə bizik. Cənab prezident çıxışı zamanı tək Ermənistana yox, eyni zamanda onun havadarlarına açıqca mesajlar göndərərək bizlərin heç nədən qorxmayacağımızı, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyimizi bir daha bəyan etdi. "Heç bir güc bizi dayandıra bilməz, biz bizə düşəni geri qaytarmalıyıq"! Eyni zamanda Cənab prezident bugün Qarabağdakı quruculuq işlərini, yol infrastruktur layihələrini bu bölgənin gələcək prespektivlərinə söykəndiyini bildirmişdi.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm qələbə xalqımızın bütün dünyaya haq¬qı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Azərbaycan Ordusu dünya hərb tarixində qalib ordular sıra¬sına daxil oldu. Dövlətimizin başçısının “Qarabağ Azərbaycandır və nida” şüarı, qələbəyə səsləyən lider çağırışı xalqı¬mızın müqəddəs torpaqlarımız uğrunda savaşının ideya qayəsinə çevrildi. Xal¬qımızın, cəmiyyətimizin nümayiş etdir¬diyi möhtəşəm səfərbərlik, hər kəsin bir nəfər kimi ölkə Prezidentinin ətrafında sıx birləşərək böyük qələbəni reallı¬ğa çevirməsi bütün dünyada qüdrətli Azərbaycanın özünütəsdiqi kimi qəbul edildi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında üçrəngli bayra-ğımızın dalğalanması ilə Azərbaycan tarixinin ən parlaq səhifələri yazıldı. Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı Azərbaycan Ordusu yaratdı. Müzəffər Silahlı Qüvvələrimiz mümkün-süzü mümkünə çevirdi, milli tariximizdə silinməz iz qoymuş Vətən müharibəsini parlaq, möhtəşəm qələbə ilə başa çat¬dırdı. Qazanılan tarixi qələbədə isə bir çox amillər ciddi rol oynadı. Ən başlıcası Xalq–Prezident–Ordu birliyi möhtəşəm zəfərimizi şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyevin güclü iradəsi, qətiyyəti, prinsipial mövqe¬yi, vətənpərvər övladlarının şücaəti və göstərdiyi qəhrəmanlıq yurd-yuvalarından didərgin salınan soydaşla¬rımızın Vətən həsrətinə son qoydu.


Prof. Azad Mustafa oğlu Bayramov
ADAU-nun İctimai Elmlər və Multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO