/ / Gəncə şəhər və ətraf rayonların sakinlərinin nəzərinə! - DQİDK məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə elan edib

Gəncə şəhər və ətraf rayonların sakinlərinin nəzərinə! - DQİDK məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə elan edib

939 Baxış

Gəncə şəhər və ətraf rayonların sakinlərinin nəzərinə! -
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 24.05.2022-ci il tarixində İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə elan edilmişdir.
Müsahibədə iştirak etmək istəyən namizədlər 24 may 2022-ci il tarixindən 24 iyun 2022-ci il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada sened@scwra.gov.az elektron ünvanına və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) təqdim edə bilərlər.

Tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
- Tərcümeyi-hal;
- Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
- Sağlamlıq haqqında arayış;
- Narkoloji dispanserdən arayış;
- Ruhi-əsəb dispanserindən arayış;
- Məhkumluq barədə arayış;
- Foto (3x4) (4 ədəd);
- Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilərlər.

Müsahibədən keçən şəxslər vakant yerlərdən başqa ehtiyat kadrlar siyahısına əlavə edilərək digər boş məscidlərdə təyinat ala bilərlər.


Əlavə məlumat üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi ilə əlaqə saxlaya bilərlər.
Əlaqə nöm: 022/ 256-91-14

FOTO / VİDEO
VİDEO