/ / Heydər Əliyev və azərbaycançılıq məfkurəsi

Heydər Əliyev və azərbaycançılıq məfkurəsi

45 Baxış

Heydər Əliyev və azərbaycançılıq məfkurəsi

Tarixi təcrübə göstərir ki, dövlətin, cəmiyyətin və insanlığın inkişafını müəyyən edən əsas faktorlardan biri də lider fenomenidir. Məhz böyük şəxsiyyətlər özlərinin fəaliyyəti, irəli sürdüyü ideyalar və qəbul etdiyi qərarlarla nəinki öz dövlətlərinin tarixinə, bütövlükdə dünyada gedən ictimai-siyasi proseslərə təsir göstərmək imkanına malik olurlar. Belə tarixi simalar öz əməlləri və ideyaları ilə xalqların həyatında o qədər dərin iz qoyurlar ki, millətin və dövlətin tərəqqisinin həmin dövrü birbaşa onların adları ilə bağlı olur.

Azərbaycan dövlətinin müstəqilliyinin dönməzliyini təmin edən, daim milli varlığın, milli ideyanın və milli şüurun yaşamasını təmin edən, azərbaycançılığı dövlət ideologiyasına çevirən Heydər Əliyev də belə tarixi şəxsiyyətlərdən olmuşdur. Məhz ulu öndər Heydər Əliyevin milli ideo-logiya olaraq irəli sürdüyü azərbaycançılıq vaxtilə dövlətimizə qarşı müxtəlif istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik separatizm əsasında parçalamaq cəhdlərinin qarşısının alınmasında mühüm vasitə olmuşdur. Heydər Əliyev təkcə müstəqillik dövründə deyil, Azərbaycanın sovet totalitar rejiminin tər-kibində olduğu illərdə də, Mərkəzdən olan təzyiqlərə, türk xalqlarına qarşı aparılan ayrı-seçkilik siya-sətinə və islamafobiya meyllərinə baxmayaraq, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərinin qo-runub saxlanması və inkişaf etdirilməsi üçün mühüm tədbirlər görməklə dövlətçiliyin və milli ruhun kəsilməzliyini təmin edə bilmişdir.

Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının birinci qurultayında azər-baycançılığın mahiyyətini məhz bu cür ifadə etmişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

Ulu Öndər həmişə öz çıxışlarında Azərbaycanın çoxmillətli ölkə olmasını, etnik rəngarəngliyini və tolerantlığa böyük əhəmiyyət verməsini xalqımızın böyük sərvəti hesab etmişdir: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür... Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”.

Azərbaycançılıq ideologiyası milli və bəşəri dəyərlərlə, milli varlığın yaşamasını təmin edən mühüm ideyalarla zəngindir. Bu ideologiya Azərbaycanın unitar, demokratik, dünyəvi, hüquqi dövlət kimi möhkəmlənməsinə və dünya sivilizasiyasının tərəqqisinə öz müsbət töhfəsini verməyə yönəlib. Azərbaycançılıq dilindən, dinindən, irqindən, milli və sosial mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının dövlətçilik və vətənpərvərlik naminə birliyini nəzərdə tutur. Azərbaycançılıq o deməkdir ki, hər bir insan öz milli mənsubiyyəti ilə qürur duymalı və öz tarixi keçmişinə hörmətlə yanaşmalıdır. Heç kəs bizləri etnik mənsubiyyətə görə parçalaya, ayrı seçkiliyə məruz qoya bilməz. İngilislər və fransızlar onlarla etnoslardan vahid dövlət olduğu kimi, Türkiyə də eyni dərəcədə lazın, kürdün, çərkəzin, Azərbaycan isə ləzginin, buduqun, qrızın, ingiloyun və s. etnosların eyni dərcədə Vətənidir. Hər bir vətənpərvər insan öz xalqının tarixi nailiyyətini şəxsi uğuru, çətin və ağrılı-acılı günlərini isə şəxsi faciəsi kimi qəbul etməlidir. Yəni həmişə – yaxşı günündə də, pis günündə də yanında olmalı, əlindən gələni əsirgəməməli və öz xalqı ilə qürur duymalıdır.

Heydər Əliyevin fəaliyyətinin istər ölkə, istərsə də dünya miqyasında yüksək qiymət-ləndirilməsi azərbaycançılıq ideologiyasının təbliğ olunması baxımından böyük əhəmiyyətə malikdir. Heydər Əliyev irsinin qorunması və təbliği, azərbaycançılıq ideologiyasının təbliği istiqamətində hə­yata keçirilən müx­təlif tədbirləri təkcə bu dahi insanın şəx­siyyətinə müna­si­bətlə əlaqələndirmək olmaz. Bu təd­birlər böyüməkdə olan gənc nəslin dövlətçilik duyğu­larının in­kişaf etdirilməsi ba­xı­mından da çox böyük əhəmiy­yət­ə malikdir.

Bu gün azərbaycançılıq ideologiyası, dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasəti müasir mərhələdə Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhə-ləsi özünəməxsus dinamizmi ilə onun məzmununu daha da zənginləşdirməkdə, milli özünüdərk hissi-ni gücləndirməkdə və Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini yüksəltməkdədir. Prezident İlham Əliyev azərbaycançılıq ideologiyasını dövlətçiliyimizin siyasi və mənəvi sütunu kimi xarakterizə edərək demişdir: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuş-dur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dün-yada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möh-kəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.

İlham Əliyev Azərbaycanın milli-mədəni irsinin qorunmasına, azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsinə daim xüsusi diqqət göstərib. Təsadüfi deyil ki, zaman-zaman azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrilib.

2020-ci ildə isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri yazıldı. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə nəticəsində Qarabağ işğaldan azad edildi. Bu tarixi Zəfər Prezident İlham Əliyevin müdrik siyasəti, güclü iradəsi, beynəlxalq təzyiqləri layiqincə dəf etməsi, rəşadətli Ordumuzun misilsiz şücaəti və Azərbaycan xalqının öz Lideri ətrafında yumruq kimi birləşməsi nəticəsində qazanıldı. Qarabağı düşmən işğalından azad etməklə Prezident İlham Əliyev Ulu Öndərin də ən böyük arzusunu, vəsiyyətini həyata keçirmiş oldu.

Qloballaşan dünyada azərbaycanlıların siyasi sərhədləri aşaraq bir-birlərilə sıx əlaqə saxlamalarına, ümummilli maraqlarını humanizm, insan hüquqları çərçivəsində təmin etmələrinə yalnız milli yox, həm də ümumbəşəri bir tələbat kimi baxılmalıdır.

Prof.A.M.Bayramov
ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO