/ / Ölkə Prezidentinin rəhbərliyi ilə azad edilmiş bütün torpaqlarımız cənnətə çevrilir - Ramil Orucov

Ölkə Prezidentinin rəhbərliyi ilə azad edilmiş bütün torpaqlarımız cənnətə çevrilir - Ramil Orucov

35 Baxış

Ölkə Prezidentinin rəhbərliyi ilə azad edilmiş bütün torpaqlarımız cənnətə çevrilir -

Ramil Orucov,
YAP Gəncə şəhər təşkilatının sədri


Otuz il düşmən işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. İşğaldan azad olunmuş ərazilərimizin quruculuğu, bərpası və orada yenidən məskunlaşma prosesi Prezident cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.
Prezident cənab İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar çıxışında da qeyd edib ki, biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik.

Artıq azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri uğurla həyata keçirilir. Böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda coşqunluq yaşanır, müxtəlif istiqamətli layihələrin sürətli icra prosesi gedir. Yeni avtomobil və dəmir yolları, hava limanları, körpülər, tunellər, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir.

Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaq, sakinlərin rahat yaşaması üçün burada əlverişli şərait yaradılacaq.

İşğaldan azad edilən ərazilərimiz kimi Zəngilan rayonunun kifayət qədər böyük iqtisadi potensialı var. Zəngilanın mövcud potensialı, məhsuldar torpaq sahələri kənd təsərrüfatının inkişafı baxımından vacib ərazilər hesab olunur. Rayonun coğrafi mövqeyi və təbii sərvətləri burada heyvandarlığın, biznesin inkişafına, məşğulluğun təmin olunmasına, bütövlükdə bölgənin dirçəlməsinə təkan verəcək.

Ölkə Prezidenti cənab İlham Əliyev vurğulayıb ki, azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox böyük planlarımız var. İndi hər kəs yaxşı görür və bilir ki, ərzaq təhlükəsizliyi ön plana çıxır. Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, biz özümüzü tam şəkildə, yəni, 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmirik. Əminəm ki, görüləcək əlavə tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir.

İşğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində atılan addımlar da diqqətdən kənarda qalmır.Ölkə Başçısı qeyd edir ki, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Dəmir yoluna gəldikdə, hazırda bizim sonuncu dəmir yolu infrastrukturu olan bu istiqamətdə stansiyamız Horadizdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və əminəm ki, gələn il tam istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır.

Bu da onu göstərir ki, uzun illər işğal altında qalan torpaqlarımızda həyatın bərpası, müasir infrastruktur layihələrinin reallaşması üçün lazımi addımlar atılır. Düşmən işğalı nəticəsində xarabazara çevrilən ərazilərdə ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə “ağıllı şəhər” və “ağıllı kənd” layihələri icra edilir. Tezliklə, bu yerlərə həyat yenidən qayıdacaq, düşmən işğalından azad olan torpaqlarımız cənnətə çevriləcək.

FOTO / VİDEO
VİDEO