/ / Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Zəngilan rayonunda yenidənpərpa işləri aparılır

Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Zəngilan rayonunda yenidənpərpa işləri aparılır

37 Baxış

Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Zəngilan rayonunda yenidənpərpa işləri aparılır

Cənab Prezident İlham Əliyevin mayın 4-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə bağlı çıxışında işğalçı ölkəyə və Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərmiş şirkətlərə qarşı təzminat davasının açılacağı barədə dediyi fikirlər çox əhəmiyyətlidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çıxışı həm də bütövlükdə bütün Azərbaycan xalqına, hətta beynəlxalq ictimaiyyətə, erməni faşizmini dəstəkləyənlərə və onlarla iş birliyində olanlara da ciddi mesaj idi.

O, çıxışında ötən işğal dövründə erməni barbarları tərəfindən Qarabağda eləcə də, Şərqi Zəngəzur bölgəsində törədilmiş dağıntılara, vəhşiliyə və cinayətə də toxunaraq, erməni işğalçı ordusunun bəzi hərbi hissələrinin yerləşdiyi bir neçə inzibati binadan başqa Zəngilan rayonunun demək olar ki, yerlə-yeksan edilməsini xatırlatdı. Bu mənada Azərbaycanın Müzəffər Milli Ordusu təkcə torpaqlarımızı işğaldan azad etmədi, həm də dünya erməniliyi üzərində böyük qələbə çalmaqla, bölgəmizi erməni faşizmindən xilas etdi.

Bugün işğaldan azad edilmiş ərazilərə səfər edən xarici qonaqlar çoxəsirlik tarixə malik, Azərbaycan xalqı tərəfindən yaradılmış, ermənilər tərəfindən məhv edilmiş tarixi, mədəni, dini abidələrdən tutmuş, bütün yaşayış məskənlərini, flora və faunanı gördükcə erməni vandalizminin şahidi olurlar.Qürurverici haldır ki, bugün möhtərəm Prezidentimizin tapşırığı ilə bütün işğaldan azad olunmuş ərazilərdə olduğu kimi Zəngilan ərazisində də Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə geniş bərpa quruculuq işləri aparılır. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri artıq başlanıb.Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur. Bu məsciddən cəmi bir divar qalmışdı. Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur. Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olan Bəsitçay təbiət qoruğunun böyük hissəsi məhv edilib.

Cənab Prezidentin bildirdiyi kimi eyni çirkin əməlləri onlar Kəlbəcər və Laçın rayonlarında müharibədən dərhal sonra da etmişdilər. Onlara məxsus olmayan, azərbaycanlıların tikdirdikləri və onların qanunsuz yaşadıqları evləri məhv etmiş, yandırmış, ağacları kəsmiş, yandırmışlar.Ancaq Cənab Prezidentin göstərişi ilə torpaqlarımız işğaldan azad olunan kimi Bəsitçay təbiət qoruğunun, həmçinin tarixi abidələrin bərpası işləri başlandı. Ölkə başçısı çıxışında demək olar ki, tam dağıdılmış Zəngilan şəhər məscidinin hazırda əsaslı təmir olunduğunu, ilk pilot layihə kimi Zəngilanın Ağalı kəndinin yüksək standartlarla yenidən qurulduğunu bildirmişdi. Ağalı kəndi faktiki olaraq yenidən qurulur. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görə bilər.

Prezidentimiz çıxışında qeyd etmişdir ki, qurulan bu smart kəndlərdə yaşayacaq keçmiş məcburi köçkün adlandırdığımız vətəndaşlarımız üçün təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq kimi bütün amillər nəzərə alınır. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub. Hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələrinin icra edildiyini qeyd edən möhtərəm Prezidentimiz günümüzün reallığı kimi Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunun, çox funksiyalı Zəngilan Beynəlxalq Hava Limanının istismara veriləcəyini, Zəngilanın gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyini bildirdi. Zəngilan rayonu qonşu dəhlizlərə malik olmaqla xarici ticarət üçün unikal imkanlara sahibdir. Bu rayonun tranzit nöqteyi-nəzərdən xüsusi özəlliyi var ki, İran ilə ticarət münasibətlərinin daha da inkişafına töhfə verə bilər.Ümumiyyətlə möhtərəm Prezidentimizin hər çıxışını görülən işlər haqqında xalqa hesabatı da adlandırmaq olar. Bu da onun xalqına olan sonsuz məhəbbətindən irəli gəlir.



Prof. A.M. Bayramov
ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO