/ / Ölkəmizin artan qüdrətinin əyani və təkzibedilməz göstəriciləri...

Ölkəmizin artan qüdrətinin əyani və təkzibedilməz göstəriciləri...

92 Baxış

Ölkəmizin artan qüdrətinin əyani və təkzibedilməz göstəriciləri...

Heç kəsə sirr deyil ki, ölkəmizlə və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2022-ci ilin birinci rübünün yekunlarına həsr edilmiş müşavirədə söylədiyi “- Müharibənin 44 gününün hər günü dərindən təhlil edildi və aparılmış təhlil imkan verdi ki, gələcək ordu quruculuğu daha effektiv təşkil olunsun. Yeni silahların, texnikaların alınması təşkil edilir. Bununla bərabər, müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları aparılmışdır və bu, ordumuzu daha da gücləndirəcək, daha da müasirləşdirəcək. Müharibədən sonra yeni qoşun növü – Komando növü yaradılmışdır. Bu qoşun növü istənilən vəzifəni icra edə bilər - fikirləri buna sübutdur.

Ümumiyyətlə, bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində Ermənistanın 4-5 milyard dollarlıq dəyərində hərbi texnikası Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, Azərbaycan bunu qeyri-dost addım kimi qiymətləndirəcək.

Beynəlxalq ictimaiyyət həm siyasi nöqteyi-nəzərdən bu reallıqları qəbul edib, eyni zamanda, bizə olan maraq daha da artıb. Bu maraq investisiya layihələrində öz əksini tapır. Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verildi – bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyuldu. 470 meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən inşa edilir və gələn il istismara veriləcəkdir.

Bu məlumatlar ölkəmizin artan qüdrətinin əyani və təkzibedilməz göstəriciləridir.

Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2022-ci ilin birinci rübünün yekunlarına həsr edilmiş müşavirədə “Birinci rübün yekunları, bu rəqəmlər faktiki olaraq heç bir şərhə ehtiyac qoymur. Ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar reallıqlardır” – tezisi həm də regionun aparıcı qüvvəsi olan ölkəmizin artan nüfuzunun sübutudur.

Ölkəmizdə xarici ticarət dövriyyəsi 60 faizdən çox, ixracımız isə təxminən iki dəfə artıb. Bir il ərzində xarici borc təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı salınıb. Bu da xarici borcun idarə edilməsi strategiyasının icrası nəticəsində mümkün olmuşdur.

Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlib. Bizim ixracımız idxalı üstələyir.

FOTO / VİDEO
VİDEO