/ / Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövrü tarixə qızıl hərflərlərlə yazılır

Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövrü tarixə qızıl hərflərlərlə yazılır

327 Baxış

Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövrü tarixə qızıl hərflərlərlə yazılır

Bu gün Azərbaycan dünyanın istər siyasi, istərsə də iqtisadi sistemində özünəməxsus yeri ilə seçilir, ölkəmizlə hesablaşır, hörmət və ehtiramla yanaşırlar. Azərbaycan bu naliyyəti güclü liderin –Prezident İlham Əliyevin qətiyyəti sayəsində əldə edib. Ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin həyatının bütün sahələrinin müasirləşdirilməsi yolunda ardıcıl və dinamik surətdə irəliləyir. Möhtərəm prezidentimizim zəngin siyasi təcrübəsi və yüksək peşəkarlığı Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməsi, dünya miqyasında yeritdiyi uzaqgörən və praqmatik siyasəti, ölkənin milli mənafelərini qətiyyətlə qorumaq və müdafiə etməkdə xüsusi bacarığı sayəsində Azərbaycan regional və beynəlxalq gündəlikdə olan ən mühüm məsələlərin həllində fəal rol oynayır və regionda ən güclü dövlətlərdən birinə çevrilib.

Cənab Prezident İlham Əliyev xarici siyasət sahəsində düşünülmüş və xalqın maraqlarını nəzərə alan səmərəli fəaliyyət həyata keçirir. Dövlət başçısının xarici siyasətdə ulu öndər tərəfindən müəyyənləşdirilmiş strategiya və dəyişməz prioritetlərə sadiqlik nümayiş etdirməsi dünya dövlətlərinin Azərbaycana inamını, etimadını gücləndirir, onun milli təhlükəsizliyinə beynəlxalq təminatı daha da artırır. Bu gün respublikamızın istər Rusiya, istər ABŞ, istər Avropa, istərsə də müsəlman dövlətləri ilə münasibətləri dinamik inkişaf edir və hansısa tərəfdən mənfi reaksiya doğurmur. Odur ki, xarici siyasət, eləcə də qlobal iqtisadi layihələrin reallaşdırılması sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın milli təhlükəsizliyinə beynəlxalq təminatı daha da gücləndirir. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə bölgənin iqtisadi inkişafına yeni nəfəs verilib, mühüm regional layihələr icra edilib, .Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verən marşrutlar yaradılıb. Beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirən, xarici ölkələr və beynəlxalq təşkilatlar ilə bərabərhüquqlu əməkdaşlıq quran Azərbaycan hər zaman etibarlı tərəfdaş kimi özünü doğruldub. Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin - siyasi, iqtisadi, mədəni-humanitar forumların, idman yarışlarının, elm, təhsil və hərbi sahələrdə sərgilərin, toplantıların keçirilməsində dünya ictimaiyyəti Azərbaycana böyük etimad göstərir.
Son 18 ildə Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi ilə daxili və xarici siyasətdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etmiş və ümumi daxili məhsul (ÜDM) üç dəfədən çox artmışdır. Azərbaycanda yoxsulluğun səviyyəsinin 49-dan 5 faizə, işsizlik sə 6 faizədək aşağı düşmüşdür.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Bu gün idmanın inkişafı bilavəsitə dövlət başçısının nəzarətindədir və bütün regionlarda bu inkişaf sürətlə və yüksək səviyyədə gedir. Elə bir rayon və şəhərimiz yoxdur ki, orada idman kompleksi, Olimpiya mərkəzi olmasın. İstər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə idmançılarımızın qələbələri, qazandıqları saysız-hesabsız medallar mədəniyyətimizin təbliğinə və vətənpərvərlik ruhununun yüksəlməsinə xidmət edir. Cənab Prezidentimiz İlham Əliyev haqlı olaraq vurğulamışdır ki, “İdman qələbələri cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir”. Azərbaycanın müstəqillik qazandığı 30 illik dövr xalqımızın çoxəsrlik həyatında ən şərəfli dövrlərdəndir. Son 30 il ərzində qazanılmış çoxsaylı medallar və Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanınınıb, nüfuz qazanması ölkə idmanının əvəzolunmaz sərvətidir. Bütün bunlar Azərbaycan müstəqillik qazandığı ilk illərdə Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu idman siyasətinin uğurlu davamı və nəticəsidir. Cənab Prezident İlham Əliyevin idmana, idmançılara və bu sahədə çalışan mütəxəssislərə göstərdiyi böyük diqqətin təzahürlərindən biri də, 2005-ci il 4 mart tarixli sərəncamına əsasən 5 martın “Bədən tərbiyəsi və idman günü” kimi qeyd edilməsi oldu.

Cənab Prezident İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ümummilli lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, ata vəsiyyətini həyata keçirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi. Ali Baş Komandanın qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifini 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğratdı və Ermənistan ordusu darmadağın edildi. “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.

Möhtərəm Prezidentimiz İlham Əliyevə Vətənimizin tərəqqisi və inkişafı yolunda ali dövləti vəzifəsində uğurlar arzulayıram!

Həmid Nəsirov,
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, 1-ci dərəcə dövlət qulluqçusu

FOTO / VİDEO
VİDEO