/ / Prezident İlham Əliyevin İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibə Ermənistana və onun havadarlarına növbəti mesaj kimi

Prezident İlham Əliyevin İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibə Ermənistana və onun havadarlarına növbəti mesaj kimi

361 Baxış

Prezident İlham Əliyevin İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibə Ermənistana və onun havadarlarına növbəti mesaj kimi

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibəsi dünya və ölkə mediasında gündəm oldu. Ölkə başçısı regionla bağlı növbəti dəfə müəyyən dairə və dövlətlərə ciddi mesajlar verdi. Müsahibə post-müharibə dövründə regionda gedən proseslər, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması, tərəflərin imzaladıqları üçtərəfli bəyanatlardan irəli gələn öhdəlikləri hansı səviyyədə yerinə yetirmələri və digər bu kimi vacib məsələlər barədə məlumatların Avropa və dünya ictimaiyyətinə çatdırılması baxımından böyük siyasi əhəmiyyət kəsb edir.

Cənab Prezident İlham Əliyevin müsahibəsində ən xırda detallara qədər konkret və dolğun cavablar verməsi istər Vətən müharibəsinin gedişində, istərsə də post-müharibə dövründə bütün məqamlara xüsusi diqqət ayırdığından və bu məsələlərdə qətiyyən heç bir boşluğa yol verilmədiyindən xəbər verir: İlk növbədə, Azərbaycan Prezidenti öz müsahibəsində Ermənistanla sərhəddə mövcud vəziyyət, eləcə də qarşı tərəfin hərbi əməliyyatlar başa çatdıqdan sonrakı təxribatları barədə məlumat verərək, ölkəmizin yalnız sülh və sabitlik istədiyini aydın və qəti şəkildə vurğulamış oldu. Müharibədən keçən 1 il ərzində vəziyyətin nisbətən sabit olduğunu qeyd edən dövlət başçımız stabilliyin məhz Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə daha dayanıqlı olduğunu da vurğuladı. Həqiqətən də Ermənistan-Azərbaycan sərhədində olan vəziyyət daha çox gərginliyi ilə diqqəti cəlb edir ki, bu da bütün hallarda yalnız Ermənistanın qisas almaq cəhdləri ilə izah oluna bilər.

İlham Əliyevin müsahibəsində Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyasının vacibliyini də diqqət mərkəzinə çəkildiyini vurğulayıb. Cənubi Qafqazda davamlı sülhə və sabitliyə nail olmaq üçün, ilk növbədə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır. Bunun üçün isə iki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiyası vacib şərtdir. Öz müsahibəsində Prezident İlham Əliyev bu problemin də tezliklə həll olunmasının zəruriliyini vurğulayıb. Prezident qeyd etmşdir ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədi hələ də təyin olunmayıb. Azərbaycan ordusu bu gün ölkəmizin dövlət sərhədində mövqe tutub. Lakin Ermənistan Azərbaycanın hər hansı bir səbəb olmadan Ermənistanın ərazisinə müdaxilə etməsi ilə bağlı əsassız iddialar irəli sürür. Halbuki, Azərbaycan Qarabağ müharibəsinin bitməsindən sonra dərhal Ermənistana sərhədlərin demarkasiyası üzərində işləməyə başlamağı və delimitasiya üzrə birgə işçi qrupunu yaratmağı və ərazidə bütün mübahisələri masa üzərində aydınlaşdırmağı təklif edib. Bunun müqabilində isə Ermənistan müharibə bitəndən sonra bir ildən çox müddətdə dövlət sərhədində bir neçə dəfə hərbi təxribatlar törətməyə cəhd edib. Lakin nəticədə onlar öz hərbi mövqelərini itirdilər, Azərbaycan isə dövlət sərhədində mövqelərini gücləndirdi. Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə İspaniyanın “El Pais" qəzetinə müsahibə verərkən növbəti dəfə qəti şəkildə bəyan etdi ki, bizim ölkəmiz sülh və sabitlik istəyir.

“Mən dəfələrlə açıq bəyanat vermişəm ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır. Bu vaxta kimi Ermənistan rəhbərliyindən heç bir cavab verilməmişdir. Mən bu cür bəyanatları altı aydan çoxdur ki, dəfələrlə etmişəm. Bu, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir” - Prezident bildirib.

Dövlət başçısının fikrincə, bu bəyanat, əslində, danışıqlar prosesini məhv etdi və onların keçən il yaşadığı acı məğlubiyyətin elementlərindən biri idi. Lakin indi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur. “Biz çox açıq şəkildə deyirik ki, dərhal Ermənistanla hərtərəfli sülh razılaşması üzərində danışıqlara başlamaq istəyirik. Sizin dediyiniz kimi, bu, atəşkəs razılaşması yox, tam sülh razılaşması olacaq. Lakin ümid edirəm ki, yəqin Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər. Hesab edirəm ki, Azərbaycanla sülh razılaşması olmazsa, onlar gələcəkdə yenə də əziyyət çəkə bilərlər”.

Ölkə başçısı həmçnin vurğulayıb ki, İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti çox ağrılı oldu. Bu məğlubiyyət ermənilərin otuz il ərzində şişirdikləri “yenilməz ordu”, “cəsarətli əsgər və komandirlər” haqqında miflərini məhv etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə darmadağın oldu və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldılar. Məhz buna görə də bu gün erməni separatçıları ölkədə revanşizm əhval-ruhiyyəsini yaşatmaq ümidilə ara-sıra təxribatlara gedirlər. Hələ də Ermənistanda müəyyən dairələr qisasçılıq hisləri ilə yaşayırlar və guya nəyəsə nail ola biləcəklərini güman edərək, sülhyaratma prosesinin özündə də Ermənistanın siyasi elitası düzgün mövqe nümayiş etdirmir. Ancaq dəfələrlə bu məsələdə biz onlara ibrətverici nümunələr göstərsək də, onlar axıra qədər bundan dərs çıxarmayıblar. Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsinə baxmayaraq xalq, qüdrətli ordu Ermənistana ciddi zərbə vurdu. Ermənistan hərbi maşınının böyük hissəsini darmadağın etdi. Nəticə etibarilə həm Birləşmiş Millətlər Təşkilatının qətnamələrini, həm də bölgədə haqq və ədaləti bərpa etdi. Bundan sonra da biz bu xəttimizi davam etdirəcəyik və çalışacağıq ki, proseslər beynəlxalq hüquqa uyğun sürətdə cərəyan etsin. Bölgədə sülh, çiçəklənmə bərqərar olsun” - cənab Pezident öz nitqində bildirib.

Prezıdent İlham Əlıyevın İspanıyanın “El Pais” qəzetinə verdiyi müsahibə ermənistna və onun havadarlarına növbəti tutarlı mesaj idi.

Prof.A.M.Bayramov - ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO