/ / 27 Sentyabr – Zəfər səlnaməmizin başlanğıc günü

27 Sentyabr – Zəfər səlnaməmizin başlanğıc günü

55 Baxış

27 Sentyabr – Zəfər səlnaməmizin başlanğıc günü

Xalqımıza qarşı ermənilərin davamlı soyqırımı XIX əsrin əvvəllərindən başlayaraq XX əsr boyu davam etmiş və sonuna doğru daha dəhşətli şəkil almıdır. 1988-ci ilin fevralından bədnam sovet rəhbəri M. Qorbaçovun himayəsinə arxalanan erməni millətçilərinin başladığı Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən açıq-gizli düşmən qəsdləri azərbaycanlıların məhv edilməsi ilə nəticələnirdi.1992-ci il fevral ayının 25-dən 26-a keçən gecəni isə erməni faşistləri insanlıq tarixində görünməmiş qırğın kimi yazdılar. Erməni yaraqlıları Xankəndindəki 366-cı rus motoatıcı alayının (heyətdə 1890 erməni vardı) köməyilə şəhəri işğal edib yandırdı, dağıtdı, günahsız insanları amansızlıqla qətlə yetirdilər.Etnik təmizləmə məqsədilə həyata keçirilən bu cinayət aktı əksəriyyəti uşaq, qoca, qadınlardan ibarət olan 613 nəfərin öldürülməsi, 56 nəfərin diri-diri basdırılması, 8 ailənin tamamilə məhv edilməsi, 487 nəfərin ağır xəsarət alması, 1275 nəfərin əsir götürülüb görünməmiş işgəncələrə məruz qoyulması, 150 nəfərin itkin düşməsi, Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Xocalı şəhərinin dünya xəritəsindən silinməsi ilə nəticələndi. Bu açıq soyqırımı öz amansızlığına görə dünyada baş vermiş Lititse, Halakos, Xatın, Songmi kimi soyqırımlarından daha dəhşətli olmuşdur. Özü də bu misilsiz faciə tarixin qədim dövrlərində deyil, insan hüquq və azadlıqlarından ağızdolusu danışılan XX əsrin sonunda, sivil dünyanın gözü qarşısında baş vermişdir.

Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Bütün baş verənləri dünya ictimayətinə çatırmaq, baş verənlər haqqında dünya ökələrini məlumatlandırmaq, vandal əməllərindən əl çəkməyən, hər fürsətdə azərbaycanlılara qarşı törətdikləri əməlləri nümayiş etdirmək üçün Azərbaycan Respublikası keçən müddət ərzində bütün hüquqi imknlardan istifadə edərək bədnam qonşularımzın əsl üzünü göstərmək istiqamətində daim işlər gördü. Lakin öz vandal əməllərindən əl çəkməyən bədnamlar tez- tez sərhəddə təxribat törədir, nəticədə laiqli cavabını alırdı.

Beləki, 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri aşağılayacı və təxribatçı bəyanatlar vermişlər. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilmiş, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutulmuşdur. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir.

Ermənistanın başladığı müharibə bu dəfə onun və havadarlarının istədikləri kimi getmədi. Əksinə, Azərbaycanın qüdrətli və rəşadətli ordusu əks-hücuma keçərək 30 ilədək düşmən tapdağında olan torpaqlarını bir-bir azad edir. Bu da mənfur erməni xislətinin iç üzünü bir daha üzə çıxardı. Erməni vandalları və erməni xislətlilər Azərbaycana qarşı qarayaxma kampaniyasına başladı. Ermənistan “öz torpaqlarını qoruyan”, “günahsız” libasına yenidən büründü. Bu o deməkdir ki, biz necə murdar, həyasız, necə qatil və necə işğalçı bir düşmənlə qarşı-qarşıyayıq.

Erməni Silahlı Qüvvələrinin hücumuna cavab olaraq Azərbaycan bir gündə 7 yaşayış məntəqəsini və strateji yüksəklikləri işğaldan azad etdi. Və azad olunan ərazilərin sayı günbəgün artırdı. Cəbhədən sevinc dolu xəbərlər eşidirik. Darmadağın edilən erməni ordusu ön xəttdən arxasına belə baxmadan qaçarkən saysız-hesabsız silah-sursat, texnika qoyurdu. Azərbaycana qarşı müharibədə zorla səngərdə oturdulan erməni əsgəri qaçmasın deyə əlləri, ayaqları qandallanırdı. Bu, əslində ermənilərin zehniyyətində, təxəyyülündə olan qandallardır: torpaqsızlığın, Vətənsizliyin onlara sevgi əvəzinə bəxş etdiyi qandallar... Bu zehniyyətdə kök salan tək bir şey var: təcavüzkarlıq.Erməni vandalları mülki əhalini atəşə tutur: Gəncə,Bərdə və digər şəhərlərdə mülkü insanların üzərinə ağır artileryadan atəş açaraq terror törətdilər. İkinci Dünya müharibəsindən sonra qadağan edilmiş silahlardan istifadə edirlər. Müharibənin də qayda-qanunları və heç olmasa bir əxlaqı var. Müharibə zamanı mülki şəxslərə heç vaxt toxunulmur. Mütəxəssislər İkinci Dünya müharibəsində öldürülmüş mülki şəxslərin sayını həlak olmuş hərbçilərin sayı ilə müqayisə etdilər. Bu faciəvi nəticələrdən narahat olan dünya ictimaiyyəti 1949-cu ildə müharibə qurbanları olan mülki əhalinin müdafiəsi ilə bağlı dörd yeni Cenevrə Konvensiyasını qəbul etdi. IV Konvensiya isə xüsusilə “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında”dır. Təbii ki, insanlıq adına ləkə olan ermənilərə bu qanun və qaydaların heç bir aidiyyəti yoxdur. Quyruğu qapı arasında qalan, ilk fürsətdə mülki əhaliyə hücum edən, qırğınlar törədən ermənilərə Azərbaycan Ordusu tərəfindən həyatının ən ağır günləri yaşadılır desək, yanılmarıq. Düşmənə layiqli cavab verilir. Buna görə də ermənilər bu gün dünyaya "Azərbaycan bizə hücum edir",- deyərək əsassız hay-küy salırlar. Lakin özgəsinin torpağında özgə əsgərlərini özgəsinin silahları ilə döyüşdürdüklərindən əsla söhbət açmırlar Ermənilərin muzdlu əsgərləri kimi, muzdlu silahlarının da keyfiyyət göstəriciləri çox aşağı çıxdı.

Belə isə... Artıq geriyə yol yoxdur. Düşmən havadarlarından dəstək almağa çalışsa da, Azərbaycan öz qərarını verdi və bu müharibə Qarabağ azad olunana qədər davam edəcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Biz öz torpağımız uğrunda vuruşur, şəhid veririk. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! ...Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Biz tələsirik. Tələsirik Ağdama, Xocalıya, Şuşaya, Laçına, Kəlbəcərə... Azərbaycan Ordusu da bunu yaxınlaşdırır. Ölkə başçısı cənab İlham Əliyev: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Bəli, yuxarıda səsləndirilən fikirlər əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan şanlı ordumuzun və Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin əzimli və düzgün siyasəti nəticəsində özünü doğrultdu. Azərbaycan xalqı 30 ilə yaxın vandalların tapdağından azad oldu. Neçə-neçə xanın, şairlərin, sənətkarların, vətən uğrunda qan töküb can verən şəhidlərimizin ruhu rahatlıq tapdı. Bu gün Azərbaycan xalqı bu Zəfəri onlara yaşadan Müzəffər Ali Baş Komandana, Müzəffər Orduya, sağlamlığını Vətən yolunda itirmiş qazilərə minnatdardır. Bu gün Azərbaycan xalqı Zəfəri bu xalqa yaşadan, lakin canını bu Vətənə qurban verən şəhidlərimizin ruhu qarşısnda baş əyir. Onları daim hörmətlə anır. Azərbaycan Respublikası şəhid və qazi ailələrinə daim yüksək həssaslıqla yanaşır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalaması şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.


ADAU-nun İctimai elmlər və Multikulturalizm Kafedrasının müdiri, prof. A.M.Bayramov

FOTO / VİDEO
VİDEO