/ / Fərid Qayıbov gənclər və idman naziri təyin edildi - SƏRƏNCAM

Fərid Qayıbov gənclər və idman naziri təyin edildi - SƏRƏNCAM

37 Baxış

Fərid Qayıbov gənclər və idman naziri təyin edildi -

Prezident İlham Əliyev Fərid Fazil oğlu Qayıbovun Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fərid Fazil oğlu Qayıbov Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 sentyabr 2021-ci il".

Qeyd edək ki, bu təyinata qədər F. Qayıbov Azərbaycan Gimnastika Federasiyasının (AGF) Baş Katibi vəzifəsini icra edib.


FOTO / VİDEO
VİDEO