/ / Xalqın sevgisinə dayanan şərəfli missiya

Xalqın sevgisinə dayanan şərəfli missiya

64 Baxış

Xalqın sevgisinə dayanan şərəfli missiya

Tarixin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini verən xanımlar öz adlarını qəlbimizə həkk etməyi bacarmışlar. Azərbaycan qadını cəmiyyətin mühüm sahələrində öz fəal mövqeyini saxlayır.

Prezidentimiz cənab İlham Əliyev də qadınların cəmiyyətdə olan mühüm rolunu qiymətləndirərək qeyd etmişdir: “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bu günkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər.”
Cənab Prezident İlham Əliyev tərəfindən Mehriban xanım Əiyevanın Azərbaycan Respublikasınn Birinci vitse-prezident təyin edilməsi də cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisidir.

Xalqın taleyini öz taleyində yaşayan Mehriban Əliyevanın mənəvi, ictimai və siyasi vəzifəni, məqsədi ülvi bir sevgiylə daşıması, vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət etməsi ictimai mühitə gəldiyi ilk vaxtlardan görünməyə başladı. Mehriban xanım hələ ilk gəncliyindən öz çalışqanlığı ilə hər yerdə və hər zaman birincilik statusunu qazanması, müvəffəqiyyətlərə nail olması ilə fərqlənib.

Mehriban xanımın öz xalqının maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatında rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsi oldu. Hazırda Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. O, təbiətin, cəmiyyətin və öz mənəvi tələbatlarının əvvəlcədən müəyyənləşdirdiyi bütün sahələrdə özünü reallaşdıra bilən həmahəng, məqsədyönlü və güclü qadınlar üçün etalon oldu. Bundan başqa, onlar Mehriban xanımın simasında təkcə lider və ya ictimai xadim deyil, həm də köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır olan etibarlı dayaq, doğma insan görürlər.

Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti, mədəniyyət sahəsində atdığı addımları, elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə örnəkdir.

Mehriban xanımın müstəqil dövlətçiliyimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərə nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondunun fəaliyyəti çoxşaxəli və rəngarəngdir. Dünyanın bir çox ölkəsində, o cümlədən Rusiya Federasiyasında nümayəndəliyi olan Heydər Əliyev Fondu yüksək Beynəlxalq nüfuza malikdir. Onu da vurğulamaq gərəkdir ki, fondun prezidenti Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq bir çox beynəlxalq mükafatlara layiq görülüb.

Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Mehriban Əliyevanın qarşıya qoyduğu vəzifələrdən biri də bütün bəşəriyyətə məxsus olan tarixi və mədəni abidələrin bərpasıdır.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı mühüm addımlar atırlar. Avqustun 16-da Cənab İlham Əliyev və Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri bu ərazilərin daim diqqətdə saxlanılmasının göstəricilərindəndir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin sürətli və davamlı inkişafına yeni töhfələr verəcəyinə xalqın inamı böyükdür. Bu inamı yaradan başlıca amil onun hər zaman dövlətçiliyimizə, xalqımıza xidmət etmək istəyi, arzusudur.

Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti insanları xeyirxah işlərə ruhlandırır, cəmiyyətdə mərhəmət və şəfqət kimi daimi dəyərlərin möhkəmlənməsinə xidmət edir.

Prof.A.M.Bayramov
ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO