/ / Şərqi Zəngəzur iqtisadi rayonunda zəruri infrastrukturun yaradılması dövlətin əsas prioritetlərindən bri kimi

Şərqi Zəngəzur iqtisadi rayonunda zəruri infrastrukturun yaradılması dövlətin əsas prioritetlərindən bri kimi

82 Baxış

 Şərqi Zəngəzur iqtisadi rayonunda zəruri infrastrukturun yaradılması dövlətin əsas prioritetlərindən bri kimi

Biliyimiz kimi Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın Cənab Przidentimiz İlham Əliyevin rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Azərbaycanın var olduğunu sübut etdik, tarixi ədaləti bərpa etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq.

2020-ci ildə xalq-lider birliyinin və milli həmrəyliyin sayəsində mürəkkəb beynəlxalq münasibətlər şəraitində ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan dövləti xalqımızın çoxəsrlik tarixinin bənzərsiz qələbə dastanını yazdı. Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən Azərbaycan öz gücünü bütün dünyaya nümayiş etdirdi. Bu, həm də xalqımızın milli həmrəyliyinin və qətiyyətli mübarizə əzminin ifadəsi idi.

Bu gün işğaldan azad edilmiş ərazilərdə məqsədyönlü abadlıq-quruculuq işlərinin həyata keçirilməsi Azərbaycan dövlətinin gələcəyə hesablanmış praqmatik siyasətinin bariz nümunəsidir. 44 günlük müharibənin qalibi olan güclü Azərbaycan postkonflikt mərhələsində strateji addımları ilə öz qələbəsini möhkəmləndirir, qətiyyətli mövqeyi ilə qalib xalq və dövlət imicini gücləndirir. Xüsusilə də, qələbənin əsas memarı olan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara mütəmadi səfərləri müstəsna əhəmiyyətli tarixi-siyasi hadisədir.

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza növbəti dəfə səfər edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərləri bir çox cəhətdən olduqca əlamətdardır. Laçına təkrar, Kəlbəcərə ilk dəfə olmaq etibarı ilə bu səfərin zamanlaması, səfər müddətində verilən ismarıclar, açılışı olan tikililər, müəssisələr, bir sözlə, səfərin hər məqamı bir hadisədir! Səfər Müzəffər Ali Baş Komandanımızın həm işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması, Böyük Qayıdışın təmin olunması, həm sərhədlə bağlı yaranmış vəziyyətə dair və digər bir sıra məsələlərdə Azərbaycanın qətiyyətli mövqeyinin ifadə olunması, həm də erməni vandalizminin, Ermənistanın və onun təxribatçı hərəkətlərə rəvac verən illeqal fəaliyyətinin ifşası, Zəngəzur dəhlizinin reallaşdırılması və digər məsələlərlə əlaqədar verilən konkret və açıq mesajlarla yadda qaldı.

Azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və zəruri infrastrukturun yaradılması məsələlərinə xüsusi önəm verən dövlət başçısının Kəlbəcər və Laçına səfəri bu ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması vəzifəsinin strateji prioritetlər sırasında olduğunu, bu istiqamətdə həyata keçirilən tədbirlərin ardıcıl və məqsədyönlü xarakter daşıdığını bir daha təsdiqlədi.

Kəlbəcər rayonunun bərpası, yenidən qurulması da bu prosesin mühüm tərkib hissəsidir. Kəlbəcər və Laçının coğrafi mövqeyi, mürəkkəb relyefi məlumdur. Nəzərə alsaq ki, bu mürəkəb relyef orada müdafiə olunan üçün əlverişli, üzüyuxarı əks-hücumda olan tərəf üçün çox əlverişsiziydi. – 44 günlük müharibədə (Ağdam da daxil olmaqla), məhz Laçın və Kəlbəcərin genişmiqyaslı döyüşlər olmadan azad edilməsi, bu anlamda, yüksək dəyərə malikdir. Azərbaycan Prezidentinin diplomatik hünəri, şanlı Ordumuzun gücü, 44 gün içində əldə edilmiş uğurlu hərbi nəticələr işğalçını (və onun havadarlarını!) məcbur etdi ki, qan tökülmədən üç rayonu tərk etsin.

Mürəkkəb relyefə, dərin dərələrə, yüksək dağlara malik ərazilərimizdə böyük infrastuktur layihələri icra etmək qürurvericidir. Sovet hökuməti özünün bütün mövcudluğu dövründə Laçına, Kəlbəcərə, bütövlükdə -Qarabağa təmin edə bilmədiklərini müstəqil Azərbaycan dövləti çox qısa müddət içində icra etməyə başlayıb. Dövlətimizin başçısının hər dəfə işğaldan azad olunan ərazilərimizə səfərləri xalqımız üçün yeni müjdələrdən xəbər verir. Avqustun 16-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərləri zamanı dövlətimizin başçısının Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində - Murovdağda və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunellərin, həmçinin Laçın Beynəlxalq Hava Limanının təməllərini qoyması, eyni zamanda “Kəlbəcər” yarımstansiyasının açılışını etməsi kompleks şəkildə görülən işlərin əhəmiyyətini və miqyasını göstərir. Çətin keçilən relyefə malik ərazilərimizdə müasir standartlara cavab verən yolların çəkilməsi, tunellərin inşası uzun zaman və böyük məbləğdə maliyyə vəsaiti tələb etsə də, görürük ki, dövlətimiz bunların öhdəsindən ləyaqətlə gəlir. Hazırda Kəlbəcər rayonunun elektrik enerjisi ilə dayanıqlı təchizatı üçün mühüm addımlar atılır. Bununla yanaşı, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Kəlbəcər-Laçın avtomobil yolunun inşa olunması, “İstisu”ya öz əvvəlki şöhrətini qaytarmaq üçün görülən işlər və digər tədbirlər Azərbaycan dövlətinin siyasi iradəsini və iqtisadi gücünü nümayiş etdirir.

“İşğal dövründə ermənilər Basarkeçərdən Kəlbəcərə Laçın dəhlizinə alternativ yol çəkəndə biz buna ciddi etiraz etdik, daxilimizdə bir narahatlıq var idi. Axı bu ərazilər bizimdir. İkili standartlardan çıxış edən beynəlxalq və regional təşkilatlar, həmçinin münaqişənin həlli ilə məşğul olan Minsk qrupu buna göz yumdu. Onlar digər yollar da çəkmək niyyətində idilər, qanunsuz məskunlaşma da həyata keçirirdilər. “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”, - deyən Prezidentimizin böyük məharətlə hazırladığı və uğurla tətbiq etdiyi strategiyası nəticəsində bu yoldan artıq bu gün biz istifadə edirik.

Səfər zamanı ölkə başçısı həmçinin Laçın beynəlxalq Hava limannın təməlini qoymuşdur. Laçın rayonunun Qorçu kəndinin ərazisində tikiləcək hava limanının inşası mühüm strateji əhəmiyyətə malikdir. Birincisi, hava limanının tikilməsi regionun sosial-iqtisadi inkişafının təmin olunması, turizm potensialının artırılması baxımından olduqca əhəmiyyətlidir. İkincisi, Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq Laçın Hava Limanının fəaliyyəti logistik mərkəzlərin yaradılmasına mühüm töhfə verəcək. Bütün növ təyyarələrin, o cümlədən ən ağır yük təyyarələrinin də bu hava limanlarına enə bilməsi mühüm üstünlüklər yaradacaq. Xüsusilə də, bu amil azad edilmiş bölgələrin – Şərqi Zəngəzurun, Qarabağın bərpası bu torpaqlara Böyük Qayıdışın təmin olunması üçün yeni imkanlar açacaq.

Bütövlükdə isə Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması baxımından çox önəmlidir. Nəzərə almaq lazımdır ki, hava limanları sərnişin və yük daşımaları, habelə hərbi məqsədlər üçün istifadə ediləcək. Nəticə etibarilə, bütün bunlar Azərbaycan dövlətinin gücünün daha da artmasına, ölkəmizin yeni strateji avantajlar və nailiyyətlər əldə etməsinə xidmət edir.

Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək tunel mühüm əhəmiyətə malkdir.

“Azad edilmiş torpaqların investisiya proqramı tutulanda mənim göstərişimlə məhz tunellər də bu layihələrə salınmışdır, o cümlədən Şuşaya gedən yolda və burada tunellər çəkilməkdədir. Tunelin tikintisi həm çətindir, xüsusilə belə ağır dağlıq relyefdə, eyni zamanda, çox böyük xərclər tələb edir. Ancaq biz bunu edirik və edəcəyik. Çünki bu, bölgənin, Şərqi Zəngəzurun inkişafına lazımdır ” -bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlqoyma mərasimində deyib.

Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi cəmi 8-9 ay ərzində görülmüş işlər onu bir daha göstərir ki, bizim çox güclü iradəmiz var. Azərbaycan Prezidentinin “Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq” fikri siyasi iradənin nümayişi, ədalətli və qətiyyətli mövqeyin təntənəsidir.


Prof.A.M.Bayramov - ADAU-nun İctimai elmlər və multikulturalizmkafedrasının müdiri

FOTO / VİDEO
VİDEO