/ / Azərbaycanda tolerant mühitin tarixi

Azərbaycanda tolerant mühitin tarixi

51 Baxış

Azərbaycanda tolerant mühitin tarixi

Azərbaycan müxtəlif xalqların vә konfessiyaların nümayndələrinin əmin-amanlıq vә qarşılıqlı əmkdaşlıq şəraitindә yaşadıqları unikal ölkədir. Möhkəm dayaqlara, zәngin әnәnәyә, dәrin tarixә vә mәnәvi köklәrә malik olan tolerantlığı Azәrbaycan xalqının vә dövlәtinin milli-mәnәvi dәyәri hesab etmәk olar. Bizim gücümüz – birlikdә, ölkәmizdәki sabitliyin möhkәmlәndirilmәsindә, elәcә dә dini vә milli әmin-amanlığın tәmin edilmәsindәdir.

Tarixәn Azәrbaycanda İslam, Zәrdüştilik, Xristianlıq, İudaizm kimi müxtәlif dinlәrin nümayәndәlәri yanaşı yaşamış vә fәaliyyәt göstәrmişlәr. Hәlә qәdim zamanlarda Azәrbaycan әrazisindә mәnәvi mәdәniyyәt bütpәrәstlik, atәşpәrәstlik vә tanrıçılığın sıx mövcud olması şәraitindә inkişaf etmişdir. Eramızdan әvvәl I minillikdә yaranmış zәrdüştiliyin dini-fәlsәfi sistemi vә Avestanın tәlimi hәyatın mәnasına unikal yanaşmasına görә alim vә mütәfәkkirlәri indiyәdәk tәәccüblәndirir. Abşeron yarımadasında tarixi vә memarlıq abidәsi kimi qorunmuş atәşpәrәst mәbәdi - Atәşgah Azәrbaycan xalqının mәnәvi, tarixi-mәdәni irsinin parlaq ünsürlәrindәn sayılır.

Ölkәmizdә yüksәk sәviyyәdә dözümlülük mühitinin formalaşmasında İslam dininin böyük rolu olmuşdur. Çünki azәrbaycanlıların әnәnәvi dini olan İslamda tolerantlıq, dözümlülük yüksәk mәnәvi dәyәr vә mәdәniyyәt kimi qiymәtlәndirilir. Tarixi faktlar tәsdiqlәyir ki, Azәrbaycanda bütün dövrlәrdә müsәlmanlar öz inanclarına söykәnәrәk digәr dinlәrin mәnsublarına sәmimi yanaşmış, hәtta ibadәt evlәri tikmәk, etiqadlarına uyğun yaşamaq üçün onlara yardım göstәrmişlәr. XIX әsrin sonlarına yaxın Bakıda «Qızıl kilsә» kimi tanınan Aleksandr-Nevski kilsәsinin inşası üçün toplanılmış ianәnin böyük hissәsinin müsәlmanlar tәrәfindәn verilmәsi, dünya tolerantlıq tarixinin parlaq nümunәlәrindәndir.

Bu gün Azәrbaycan dünyada mәscid, kilsә vә sinaqoqun - üçünün bir arada olduğu, elәcә dә müxtәlif dinlәrin mәnsublarının heç bir ayrıseçkilik halı ilә qarşılaşmadıqları nadir ölkәlәrdәn biridir. Azәrbaycan xalqı tolerantlıq keyfiyyәtinә görә nәinki Şәrqdә, hәtta bütün dünyada fәrqlәnmiş vә bu gün dә fәrqlәnmәkdәdir. Bu, hәm dә mütәrәqqi dünyanın, xarici siyasәtçilәrin, diplomatların vә beynәlxalq qurumların rәsmilәrinin etiraf etdiklәri hәqiqәtdir. Tәsadüfi deyildir ki, 16 noyabr Beynәlxalq Tolerantlıq günü bütün regionda ilk dәfә olaraq Azәrbaycanda qeyd edilmiş vә Ümummilli Liderimiz Heydәr Әliyev 1999-cu ildә öz tәşәbbüsü ilә bu әlamәtdar gündә ölkәmizdәki dini konfessiyaların başçıları ilә görüşmüşdür. O, bununla hәm tolerantlıq prinsiplәrinә münasibәtini bir daha nümayiş etdirmiş, hәm dә gәlәcәkdә mütәrәqqi bir әnәnәnin yaranması üçün zәmin hazırlamışdır.

Azәrbaycan dövlәtinin din siyasәti, tarixi köklәrә malik olan çoxkonfesiyalılığın qorunması üçün әlverişli şәraitin vә dini icmalar arasında dialoqun yaradılmasına, ictimai problemlәrin birgә hәllinә yönәlmişdir. Bunun nәticәsidir ki, Azәrbaycan İslam dünyasında müxtәlif mәdәniyyәtlәrin vә dinlәrin qovşağı funksiyasını bu gün dә uğurla davam etdirir. Azәrbaycan Respublikasının Prezidenti Heydәr Әliyevin dәvәti ilә Roma katolik kilsәsinin başçısı II İohan Pavelin 2002-ci ildә Azәrbaycana rәsmi sәfәrә gәlmәsi bu tezisi sübut edәn parlaq nümunәdir.

Ümummilli Lider Heydәr Әliyev tarixi-dini abidәlәrin bәrpası vә yeni ibadәt evlәrinin tikintisinә dә xüsusi diqqәt göstәrmiş, bu işlәrә dövlәt dәstәyini әsirgәmәmişdir. Ölkәmizdә bu proses hәm dә onunla fәrqlәnir ki, tarixi-dini abidәlәrin bәrpası dedikdә yalnız islama deyil, digәr dinlәrә mәxsus abidәlәr dә nәzәrdә tutulur.

Heydәr Әliyevin diqqәt vә qayğısı sayәsindә Bibiheybәt mәscid-ziyarәtgah kompleksinin yenidәn qurulması ilә yanaşı, Katolik kilsәsinin inşası, Rus-Pravoslav Baş Kafedral Kilsәsinin, Qafqaz Albaniyasının mәdәni tarixi irsi olan Kiş mәbәdinin әsaslı bәrpası, Bakıda regionun әn böyük sinaqoqunun dindarların istifadәsinә verilmәsi tәk Azәrbaycanda yox, onun sәrhәdlәrindәn kәnarda da böyük әks-sәda doğurmuşdur. Bu әnәnәnin davamı kimi, bu gün Azәrbaycan Respublikasının Prezidenti İlham Әliyev ölkәmizdә fәaliyyәt göstәrәn konfessiyaların dini bayramlarında vә әlamәtdar günlәrindә ayrıseçkilik qoymadan müsәlmanlara, xristianlara, yәhudilәrә müraciәt edir, tolerantlıq mühitinin daha da möhkәmlәndirilmәsi üçün dövlәt sәviyyәsindә hәyata keçirilәn tәdbirlәrin icrasına dәstәk verir. Prezidentin rәhbәrliyi ilә böyük tarixә malik dini mәbәdlәrimizin bәrpası istiqamәtindә ardıcıl tәdbirlәr hәyata keçirilir.


Prof.A.M.Bayramov ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO