/ / Azərbaycan Ordusunun beynəlxalq standartlar səviyyəsində inkişafı üçün bütün zəruri addımlar atılır - Müşfiq Cəfərov

Azərbaycan Ordusunun beynəlxalq standartlar səviyyəsində inkişafı üçün bütün zəruri addımlar atılır - Müşfiq Cəfərov

68 Baxış

Azərbaycan Ordusunun beynəlxalq standartlar səviyyəsində inkişafı üçün bütün zəruri addımlar atılır -

1918-ci ildə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra onun Milli Ordusu da yaradıldı. Həmin dövrün mütəfəkkir fikirli şəxsləri də yaxşı bilirdi ki, ordu vətəni müdafiə edir, yadelli düşmənlərdən qoruyur, güclü, qüdrətli ordusu olmayan dövlət uzun müddət öz müstəqilliyini qoruya bilməzdi. Milli Ordumuzun yaradılmasının tarixi əslində, Azərbaycanın müstəqilliyinin, suverenliyinin salnaməsidir.

Bunu AZRNEWS.AZ saytına açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də nizami ordunu yaratmasıdır. Məhz Ulu Öndərin müstəsna fəaliyyəti nəticəsində Azərbaycanda ordu quruculuğu prosesi çox sürətlə aparıldı. Aparılan islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrini özünümüdafiə dəstələrindən beynəlxalq standartlara cavab verən, vahid komandanlıqdan idarə olunan qüdrətli hərbi struktura çevirdi. Orduda vəziyyət köklü surətdə dəyişdi.

Onun sözlərinə görə, Azərbaycan Respublikası ilə NATO arasında fərdi əlaqələndirmə proqramı əsasında Silahlı Qüvvələrimizin nümayəndələri NATO-nun hərbi məktəbləri, kollecləri və başqa strukturlarında keçirilən sülhməramlı kurslarda, Avropada təhlükəsizlik sahəsində əməkdaşlıq, inteqrasiya proseslərinin genişləndirilməsi və digər tədbirlərdə iştirakı Milli Ordumuzun peşəkarlığını daha da artırıb.

Müşfiq Cəfərov deyib: "Ümummilli Liderin ideyalarını layiqincə həyata keçirən Prezident İlham Əliyev ordu quruculuğu prosesini daha da sürətləndirdi. Ordunun güclənməsi üçün lazım olan bütün imkanlardan səmərəli istifadə olundu. Dövlətimizin başçısı mütəmadi olaraq cəbhə bölgələrində dayanan əsgərlərlə səngərlərdə görüşür, Azərbaycan Ordusunun hansı səviyyədə olmasını şəxsən müşahidə edir. Milli Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi də ciddi nəzarətdə saxlanılırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərbi potensialının gücləndirilməsi, beynəlxalq standartlara cavab verən müasir ordunun yaranması və Milli Ordumuzun daha da qüdrətlənməsi üçün xeyli iş görülüb.

Deputat vurğulayıb ki, bütün bu görülən islahatların nəticəsində Ordumuz işğal altındakı torpaqlarımızı azad etməyə qadir oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun beynəlxalq standartlar, xüsusilə NATO səviyyəsində inkişafı üçün bütün zəruri addımlar atılır. Ordu quruculuğunun, hərbçilərin peşəkarlığın daha da artırılması üçün mühüm əhəmiyyət kəsb edən tədbirlər müvəffəqiyyətlə, ardıcıl surətdə həyata keçirilir. Hazırda Azərbaycan Silahlı Qüvvələri müasir texnika ilə təchiz edilmiş, vətənin müdafiəsinə daim hazır vəziyyətdə olan yüksək nizam-intizama malik bir ordudur. Bu gün Azərbaycan Ordusu sözün həqiqi mənasında bölgədə ən güclü ordudur. Güclü ordu güclü dövlət deməkdir. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur.

"Bu il 26 İyun - Silahlı Qüvvələr Gününü daha qürurla, böyük fəxarət hissi ilə qeyd edirik.

Hərbi qulluqçulara diqqət və qayğı dövlətimizin başçısının siyasətinin ən vacib tərkib hissələrindən biridir. Prezident İlham Əliyev tərəfindən imzalanmış “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncam bunun növbəti bariz nümunəsidir.

FOTO / VİDEO
VİDEO