/ / Azərbaycan-Türkiyə münasibətləri bu gün dünya dövlətləri üçün həqiqi örnəkdir

Azərbaycan-Türkiyə münasibətləri bu gün dünya dövlətləri üçün həqiqi örnəkdir

1 076 Baxış

Azərbaycan-Türkiyə münasibətləri bu gün dünya dövlətləri üçün həqiqi örnəkdir

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı ilə qardaşlıq və dostluq əlaqələri əbədiləşmiş Azərbaycan-Türkiyə münasibətləri bu gün dünya dövlətləri üçün həqiqi örnəkdir. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkəmizi diplomatik sahədə tanıyan ilk ölkə olan dost və qardaş Türkiyə Cümhuriyyəti ilə istisna edilmədən bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf etməkdədir. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Əvvəla, atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinənail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Resublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir.

Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb. Ölkələrimiz arasında yeni sazişin imzalanması isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biri olacaq. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.

İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq nümayiş etdirdilər.
Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, cari ilin 1-3 iyun tarixlərində Ulu Öndər Heydər Əliyevin banisi olduğu və bu gün ölkə Prezidenti cənab İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyənin Ədalət və İnkişaf Partiyasının dəvəti ilə Ankara şəhərində səfərdə olmuş və nümayəndə heyətini qəbul edən Türkiyə Prezidenti ölkələrimiz arasındakı əlaqələrin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdiyinivurğulamış, bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə Prezident İlham Əliyevin mühüm töhfələr verəcəyinə əmin olduğunu ifadə etmiş, hər iki tərəfdən hakim partiyaların roluna toxunaraq partiya funksionerlərinin fəaliyyətlərini yeni çağırışlara uyğunlaşdıra bilmələrinin vacibliyini qeyd etmişdir.
Hər iki ölkənin hakim partiyaları olan Yeni Azərbaycan Partiyasının və Türkiyənin Ədalət və İnkişaf Partiyasının arasında uzun illərdir davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoyur və əməkdaşlığa dair imzalanmış niyyət protokolu partiya təcrübəsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edə bilər. Partiya liderləri arasında olan dostluq münasibətləri YAP və AKP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edəcəkdir.

Heç şübhəsiz 44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində yaxından iştirakı iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlanğıcının əsasını qoydusa, Yeni Azərbaycan Partiyasının və Türkiyənin Ədalət və İnkişaf Partiyasının arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçisidir. Hakim partiya sədrlərinin tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin daha da inkişaf etdirilməsi milli ideologiyaların inkişafına, birgə sosial layihələrin işlənib hazırlanmasına, qarşılıqlı təcrübə mübadilələrinə, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti üzrə əlaqələndirmənin yaradılmasına təkan verəcəyi şübhəsizdir.


AMEA-nın Gəncə bölməsinin gənc tədqiqatçı-alimi Elnur Həsənov

FOTO / VİDEO
VİDEO