/ / Əldə edilən bütün uğurların əsasında da xalq-iqtidar birliyi və qarşılıqlı etimad prinsipi dayanır

Əldə edilən bütün uğurların əsasında da xalq-iqtidar birliyi və qarşılıqlı etimad prinsipi dayanır

992 Baxış

Əldə edilən bütün uğurların əsasında da xalq-iqtidar birliyi və qarşılıqlı etimad prinsipi dayanır

Azərbaycanın davamlı inkişafının təmin olunmasında Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət və bu siyasətin əsas istiqamətlərindən biri olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynayır. Məhz ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritəsinin əsas hədəflərindən biri qeyri-neft sekrotunun inkişafını təmin etməkdən ibarətdir. Həyata keçirilən çoxşaxəli və əsaslı islahatlar nəticəsində Azərbaycanda qeyri-neft sektoru inkişaf edir, ixrac imkanlarımız genişlənir, idxaldan asılılıq azalır. Bütün bu uğurların əsasında da xalq-iqtidar birliyi və qarşılıqlı etimad prinsipi dayanır.

Elə bunun nəticəsidir ki, təsdiq olunmuş bütün dövlət proqramları mərhələli şəkildə icra olunur. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Bu proqram çərçivəsində, o cümlədən Hacıqabul rayonunda böyük işlər görülmüşdür. Hacıqabulda qazlaşdırmanın səviyyəsi yüz faizə çatıbdır. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb və yeni yarımstansiyanın açılışı da bunu göstərir. Kənd yollarının 75 faizi yenidən çəkilib. Xəstəxana, mədəniyyət obyektləri, 22 məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Dövlətin bütün təşəbbüslərinin mərkəzində duran əsas amil insan və onun sosial rifahıdır. Bütün görülən işlər insanlar üçün gözəl şərait yaradır. İnsanların yaşayış səviyyəsi yaxşılaşıb. Biznes üçün şərait yaxşılaşıb. Yeni açılan obyektlər rayonların gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcəkdir. Qeyri-neft sektorunun inkişafı üçün ölkəmizdə yeni imkanlar yaradılır. Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar dayanmadan şaxələnir. Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Təbii ki, eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Bu iki istiqamət üzrə kənd təsərrüfatı inkişaf edir. Aqroparklar milli iqtisadiyyatımızın perspektiv istiqamətərindən biridir. Aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir və məhsuldarlıq da daha yüksəkdir. Bu, təbiidir, çünki burada ən müasir aqrotexniki tədbirlər tətbiq olunur. Hacıqabulda iki böyük aqropark fəaliyyət göstərir və yüzlərlə yerli sakin bu aqroparklarda işlə təmin edilibdir.

Özəl sektorun kənd təsərrüfatı sahəsinə cəlb olunmasında dövlət investisiyalarının rolu əvəzolunmazdır. Bütövlükdə Azərbaycanda 50-dək aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan bir çoxu artıq fəaliyyətdədir. Ümumi investisiya qoyuluşu iki milyard manatdan çoxdur. Bu işlər özəl sektorla birlikdə görülməlidir. Dövlət həm güzəştli şərtlərlə müəyyən məbləğdə kreditlər verir, eyni zamanda, infrastruktur layihələri həyata keçirir və özəl sektor üçün şərait yaradır. Özəl sektor isə bu vəsaiti təşkil edir. Son bir neçə il ərzində kənd təsərrüfatına qoyulan vəsait iki milyard manat təşkil edir. Böyük maliyyə tutumlu avtomobil sənayesinin inkişafı üçün dövlət tərəfindən stimullaşdırıcı tədbirlər görülür. Artıq avtomobil sənayesi Azərbaycanda inkişaf edir və biz bu sahədə bir neçə ölkə ilə bərabər çalışırıq. Növbəti mərhələdə lokallaşmanı daha da artırmaq gündəlikdə duran məsələlərdən biridir.

Qeyri neft sektorunun inkişafı eyni zamanda işğaldan azad olunmuş torpaqlarda da davam etdirilir. Beləki, artıq işğaldan azad olunmuş ərazilərdə infrasturuktur layihələr həyata keçirilməyə başlanıb. Cənab Prezident İlham Əliyev Hacıqabula səfəri zamanı bu məsələ ilə bağlı öz çıxışında bir daha bildirdi: “Milli maraqlarımızın təmin edilməsi üçün bütün lazımi addımlar atılacaqdır. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır;- “İsgəndər-M” raketləri ilə bağlı məsələlərə mütləq aydınlıq gətirilməlidir. “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Bu məsələyə aydınlıq gətiriləcək. Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır. Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. Azərbaycan öz prinsipial mövqeyini bundan sonra da nümayiş etdirəcəkdir”.

ADAU-nun İctimai elmlər və Multikulturalizm kafedrasnın müdiri, professor A.M.Bayramov


FOTO / VİDEO
VİDEO