/ / İşğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafı mərhələlərlə həyata keçiriləkdir

İşğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafı mərhələlərlə həyata keçiriləkdir

1 026 Baxış

İşğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafı mərhələlərlə həyata keçiriləkdir

İşğaldan azad olunmuş ərazilərinn bərpası və dayanıqlı inkişafını həyata keçirmək üçün ilk növbədə ərazilərin miminalardan təımizlənməsi əsas şərtlərdən biridir. Dəfələrlə edimliş müraciətlərə baxmayaraq, ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə növbəti hərbi cinayətlərə qol qoymuş olur. Bütün bunlara baxmayaraq, Ali Baş Komandan Azərbaycan Respublikası Müdafiə Nazirliyində bir neçə istehkamçı tobor yaradıb ki, onlar da böyük əraziləri minalardan təmizləmişlər.

Eyni zamanda, həm Türkiyədən, həm Rusiyadan bu sahədə kömək göstərən hərbçilər mövcuddur və bu ölkələrdən yeni texnikalar alınmaqdadır.
İşğaldan azad olunmuş ərazilərdə yerli əhalinin fəaliyyətə başlaması üçün ən vacib şərtlərdən biri infrastruktur layihələrinin həyata keçirilməsidir. Azad edilmiş ərazilərin elektrik və qaz təchizatı yaxın vaxtlarda həyata keçiriləckdir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri artıq elektrik enerjisi ilə tam təmin edilib və azad edilmiş rayonlardfa sürətlə yarımstansiyalar inşa edilir.

Azad olunmuş ərazilərdə yol infrastrukturunun yaradılması həm iqtisadiyyat, həm mədəniyyətin bu bölgələrdə inkişafına səbəb olacaq. Artıq müxtəlif istiqamətlərdə Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolu, Horadiz-Zəngilan avtomobil yolu, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisinə başlanmış və vacib strateji əhəmiyyət kəsb edən Bərdə-Ağdam, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu yaradılmaqdadır. Çünki Bbu yol Zəngəzur dəhlizinin açılmasına səbəb olacaqdır.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafı mərhələlərlə həyata kçeiriləkdir. Mövcud infrastrukrura yaxın kəndlərin bərpası məqsədəuyğundur çünki, qısa zaman kəsiyində istehsal sahələri, yollar, aqrar sahənin inkişaf etdirilməsi asan olardı. Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilib.

Səfalı bölgələr olan Qarabağın turizm imkanlarını artırmaq və qısa vaxt ərzində lazımi texnika və insanların çatdırılması məqsədilə Füzuli Beynəlxalq Hava Limanının tikintisi çox vacib mçəsələlərdən ibiridir. Gələcəkdə Zəngilan və Laçın rayonlarında da rayonunda yeni hava limanının tikintisi nəzərdə tutulur.

Müharibə başa çatan kimi böyük infrastruktur layihələrinin həyata keçirilməsinə başlanıldı, çünki mənfur düşmənlər torpaqlarımızda bütün binaları dağıtmaqla yanaşı, infrastruktur layihələrini də sıradan çıxarmışlar. Bütün dünya ermınilərin insanlığa sığmayan bu hərəkətlərin öz gözləri ilə görürdü.

FOTO / VİDEO
VİDEO