/ / Azərbaycan o torpaqlara qəhrəman xalq, müzəffər dövlət kimi qayıtdı

Azərbaycan o torpaqlara qəhrəman xalq, müzəffər dövlət kimi qayıtdı

89 Baxış

Azərbaycan o torpaqlara qəhrəman xalq, müzəffər dövlət kimi qayıtdı

Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyevin işğaldan azad edilən ərazilərə, xüsusilə də Şuşa şəhərinə səfərləri Qarabağın və ümumilikdə ölkəmizin həyatında əlamətdar hadisələrdəndir. Həm bu səfərlər, həm də Ali Baş Komandanın həmin ərazilərdə səsləndirdiyi fikirlər dünya ictimaiyyəti üçün siyasi mesaj kimi qiymətləndirilməlidir.

İşğal vaxtı törədilmiş vəhşiliyin, dağıntıların miqyası göstərir ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmiş, Azərbaycanın zəngin tarixi irsini silmək istəmişdir. Lakin ölkə başçısı düşmən tapdağından azad edilmiş torpaqlarda olankər dəfələrlə qeyd etmişdir ki, düşmən buna nail ola bilməyib. Buna misal olaraq, Ali Baş Komandanın Şuşa şəhərində olarkən səsləndirdiyi fikirləri göstərmək olar.

Prezident İlham Əliyev: “Bəli, Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq. Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi və bizi gözləyirdi. Biz də gəlməli idik və gəlmişik”.

Azərbaycan Ordusu uğurlu hərbi strategiya sərgiləyərək Vətən müharibəsində qalib gəldi. Xüsusi ilə vurğulamaq lazımdır ki, bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az oldu. Ona görə ki, Azərbaycan Ordusu mülki əhaliyə qarşı müharibə aparmadı. Azərbaycan Ordusu ermənilərdən fərqli olaraq ancaq hərbi birləşmələrə qarşı müharibə apardı və tarixi zəfərə imza atdı.

Azərbaycan o torpaqlara qəhrəman xalq, müzəffər dövlət kimi qayıtdı! Azərbaycan bugün və gələcəkdə istənilən təxribatlara da adekvat cavab vermək iqtidarındadır! Prezidentin səfər vaxtı peşəkar hərbi strateq kimi müharibə zamanı aparılmış hərbi əməliyyatların bəzi məqamlarına aydınlıq gətirməsi də təsadüfi deyil. Dövlət başçısı Dağlıq Qarabağdakı qondarma rejim və Ermənistanın özü ilə bağlı kəşfiyyat bilgilərinə malik olduğunu açıq şəkildə bildirib. Yəni “Dəmir Yumruq” yerindədir!


FOTO / VİDEO
VİDEO