/ / Tariximizə yazılan şanlı Zəfər ölkəmizin yeni inkişaf mərhələsinin başlanğıcıdır

Tariximizə yazılan şanlı Zəfər ölkəmizin yeni inkişaf mərhələsinin başlanğıcıdır

1 048 Baxış

Tariximizə yazılan şanlı Zəfər ölkəmizin yeni inkişaf mərhələsinin başlanğıcıdır

Hər bir suveren dövlət beynəlxalq münasibətlərin subyekti kimi, özünün xarici siyasətini həyata keçirir. Bu siyasət sosial-iqtisadi və ictimai-siyasi inkişafın səviyyələri, coğrafi mövqe, milli-tarixi ənənələr, suverenliyin və təhlükəsizliyin təmin edilməsi məqsədləri ilə müəyyən edilir. Bu amillər xarici siyasət prizmasından milli maraqlar konsepsiyasında cəmləşir. Beynəlxalq məsələlərdə Azərbaycan dövlətinin də prioritetləri yalnız milli maraqlarla müəyyən olunur.

Prioritetlər arasında qonşu ölkələrlə əməkdaşlıq xüsusi yerə malikdir. Bununla yanaşı digər ölkələr də münasibətlər yaradılır. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana xeyli sayda tərəfdaş qazandırıb. Buna misal olaraq deyə bilərik ki, bu gün Azərbaycanla Avropa İttifaqı arasında sıx əlaqələr qurulub. Həmçinin, Qoşulmama Hərəkatına üzv ölkələr Azərbaycanın mövqeyini dəstəkləyir, onu müdafiə edirlər. Bunun da əsas səbəbi təbii ki, qurulan münasibətlərin qarşılıqlı inkişaf etdirilməsidir. Belə ki, Azərbaycan da öz növbəsində Qoşulmama Hərəkatının sədri kimi üzvləri müdafiə edir, onlara köməklik göstərir.

Azərbaycanın regional təşəbbüslərinin əhəmiyyəti də ildən ilə artır. Ölkədə həyata keçirilən uğurlu enerji və nəqliyyat siyasəti nəin ki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına, eyni zamanda, regionda və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarının meydana çıxmasına səbəb olub. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı günü-gündən artmaqdadır.
Bu gün Azərbaycan iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı deyil. Hətta ölkəmiz istər xarici borc, istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından iqtisadi sahədə ən qabaqcıl yerlərdədir. İqtisadi müstəqillik isə həm hazırlıq, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir.

Bu gün davamlı iqtisadi inkişaf üçün Azərbaycanda bütün amillər mövcuddur. Ölkəmizə gələn investisiyalar dayanmadan artır ki, bunun da əsas amili daxili sabitlikdir. Bununla yanaşı, Azərbaycanın dünya ölkəri arasında nüfuzunun artmasında Vətən müharibəsində qazanılan qələbə də mühüm rol oynadı. Bu amilləri nəzərə alaraq bu gün tam əminliklə deyə bilərik ki, şanlı Zəfər ölkəmizin tarixində yeni inkişaf mərhələsinin başlanğıcı olacaq.

FOTO / VİDEO
VİDEO